Yuxarı

Rusiya hava limanlarında xaos: Yüzlərlə sərnişin...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın hava limanlarında sistem çöküb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, yalnız Moskva və Sankt-Peterburqda demək olar ki, 100 reys ləğv edilib, bir neçə yüzü təxirə salınıb. Bir çox sərnişin hava limanlarında 9 saatdan çox vaxt keçirib.

“Ən çətin vəziyyət Şeremetyevo hava limanında müşahidə olunur: burada 170-dən çox reys gecikib, təxminən 50-si isə ləğv olunub. Hazırda hava limanında sıxlıq yaşanır. Gələn sərnişinlər hələ yola düşməmiş sərnişinlərlə qarışırlar. Sərnişinlər yer çatışmazlığından yerə oturmaq məcburiyyətində qalıb, hətta biznes zalda da boş yer yoxdur”, - “Baza” Teleqram kanalının məlumatında bildirilib.

Bundan başqa, hava limanına çatan bəzi sərnişinlər təyyarədən buraxılmayıb və bəziləri təxminən dörd saat təyyarə göyərtəsində qalıb.

Pulkovo hava limanında da oxşar vəziyyət yaşanır. Burada 30-dan çox reys ləğv olunub, 100-ə yaxını təxirə salınıb.

Bundan az əvvəl Sankt-Peterburqdakı hava limanında təyyarələrin qəbul və buraxılması ilə bağlı məhdudiyyətlər tətbiq olunmuşdu.

Tarix
2025.07.05 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan Bakı ilə razlaşmalar barədə Şoyquya məlumat verdi

Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü

İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…

Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…

Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident

Prezident açıqladı: Onun da sonu yaxınlaşır…

Ermənistana verilən silahların qiyməti… - Prezident

Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!

Bu ərazilər Bakıya qaytarılacaq – Paşinyan açıqladı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla