Yuxarı

Putin "ölən naziri" işdən çıxarıbmış - "Forbes"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin "ölən naziri" işdən çıxarıbmış - "Forbes"

Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə 7 iyulda nəqliyyat naziri vəzifəsindən azad edilən Roman Starovoytın əslində bundan bir sutkadan çox əvvəl, ehtimal ki, 5 iyuldan 6 iyula keçən gecə ölüb.

Axar.az xəbər verir ki, bu barədə “Forbes” nəşri istintaq orqanlarına yaxın mənbəyə istinadən məlumat yayıb.

Daha öncə də Dövlət Dumasının Müdafiə komitəsinin rəhbəri Andrey Kartapolov da RTVI-yə Starovoytın ölümünü təsdiqləyərək bildirib ki, bu hadisə "yetərincə əvvəl" baş verib.

Bununla yanaşı, “Maş” Teleqram kanalı yazır ki, 7 iyul səhəri Starovoyt işdə olub, iclas keçirib — bu, onun vəzifədən azad olunmasının rəsmi elan edildiyi vaxtla üst-üstə düşür, sonra isə hamı ilə sağollaşıb və evə gedib.

“Forbes”in məlumatına əsasən, prezidentin nazirin vəzifədən azad olunması ilə bağlı sərəncamını imzaladığı anda Starovoyt artıq ölü olub.

RBK-nın hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib ki, keçmiş məmura qarşı Kursk vilayətində fortifikasiya qurğularının tikintisi zamanı mənimsəmələrdə iştirakı ilə bağlı yoxlama aparılırmış.

Qeyd edək ki, bu gün Rusiyanın keçmiş nəqliyyat naziri və Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt intihar edib.

Tarix
2025.07.07 / 20:18
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla