Yuxarı

Ukrayna üçün ən böyük problem: Çinin qarşısını necə ala bilər?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna üçün ən böyük problem: Çinin qarşısını necə ala bilər?

Çin Rusiyanı döyüş əməliyyatları üçün lazım olan avadanlıq, materiallar və dronlarla təmin etməyə davam edir və bu tədarükləri artırır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin sanksiyalar məsələləri üzrə müşaviri və səlahiyyətli nümayəndəsi Vladislav Vlasük deyib.

O əlavə edib ki, kağız üzərində Rusiyada istehsal olunmuş kimi görünən komponentlər çox güman ki, əslində Çin istehsalıdır.

Vladislav Vlasük bildirib ki, Ukraynanın Çin tədarüklərinə təsir etmək imkanları yoxdur: “Vəziyyəti yalnız ABŞ dəyişə bilər”.

Çin banklarına qarşı sanksiyalar da Rusiyaya qarşı tətbiq olunan Qərb sanksiyalarını pozmaq məqsədilə aparılan hesablaşmaların qarşısını almaqda kömək edə bilər:

“Avropa Birliyinin 18-ci sanksiya paketində iki Çin bankına qarşı məhdudiyyətlər nəzərdə tutulub”.

Səlahiyyətli nümayəndə əlavə edib ki, Ukrayna yaxın zamanda “Şahid” PUA-larında detalları aşkarlanan Çin şirkətinə qarşı sanksiya tətbiq etmə imkanını da araşdırır.

Tarix
2025.07.08 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bakıda kanatla sərnişindaşıma olacaq - Video

Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla