Yuxarı

Birkinin 40 illik köhnə çantası 10 milyona satıldı - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Birkinin 40 illik köhnə çantası 10 milyona satıldı - Foto

“Orginal Hermes Birkin” çantası dünən Parisdə keçirilən hərracda 7 milyon avroya (təxminən 10 milyon dollar) satılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, sözügedən istifadə olunmuş, üzəri cızıqlı çanta 1984-cü ildə aktrisa, müğənni və stil ikonu Jane Birkin üçün hazırlanıb. Qiyməti ilə rekord qıran açıq çanta hərracını “Sotheby’s” şirkəti həyata keçirib.

“Birkin” çantası bir neçə dəfə istifadə olunsa da, sahibinin ona verdiyi fərdi toxunuşlarla - yapışqan kağız izləri, dəriyə dəyən cızıqlar və digər fərdi işarələrlə daha da dəyər qazanıb.

Üstəlik, çantada prototip mərhələsini keçə bilməmiş bəzi orijinal detallar da mövcuddur. Qara dəridən hazırlanan çantanın hündürlüyü 40 sm, dərinliyi və eni 35 sm-dir. Əlavə olaraq çarpaz şəkildə taxıla bilən bir kəmərə də malikdir. Ən diqqətçəkən detal isə ön hissədə möhürlənmiş “J.B.” hərfləridir.

10 dəqiqə keçirilən hərrac yaponiyalı şəxsi çanta kolleksiyaçısının qələbəsi ilə başa çatıb.

Tarix
2025.07.11 / 14:45
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Həbs edilən Ramiz Mehdiyevin milyardları üzə çıxır - Siyahı

Azərbaycan-İran sərhədi ilə bağlı yenilik

Ramiz Mehdiyev niyə indi həbs edildi? - İsti şərh

Ramiz Mehdiyev həbs edildi - Təcili

Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq

İlham Əliyev Kiqali Düzəlişini təsdiqlədi

Tramp Əliyev haqda: Onunla düşmən olmaq... - Video

Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı

Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla