Yuxarı

Qərb Rusiyanın uduzmasını buna görə istəmir - Timoçko

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb Rusiyanın uduzmasını buna görə istəmir - Timoçko

Rusiya müharibədə uduzsa, onun ərazisində qeyri-sabit proseslər yaranacaq, bu da qonşularını təhdid edəcək. Bundan əlavə, zəifləmiş mərkəzi hökumət şəraitində nüvə arsenalına nəzarət də zəifləyəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının Ehtiyat Şurasının sədri İvan Timoçko deyib.

Timoçko xatırladıb ki, Avropa, ABŞ, Çin və daha 15 ölkə Rusiya ilə həmsərhəddir.

Onun sözlərinə görə, onların heç biri sərhədləri yaxınlığında xaotik proseslərin olmasını istəməz:

"Onların hər biri başa düşür ki, Rusiya məğlub olarsa, onun sərhədləri daxilində sabitlik pozularsa, onun daxilində ərazi, milli və ya dini prinsiplərə əsaslanan yeni anklavların yaranması mütləq baş verəcək.

Ölkənin özündə parçalanma olacaq və çox güman ki, bir sıra anklavlar qonşularına qarşı hansısa ərazi iddiaları irəli sürməyə qərar verəcək".

Timoçki əlavə edib ki, məhz sadalanan faktorlardan dolayı Qərb Rusiyanın məğlub olmasından ehtiyat edir.

Tarix
2025.07.14 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla