Yuxarı

Terrorçulardan biri Rusiya vətəndaşı çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Terrorçulardan biri Rusiya vətəndaşı çıxdı

İyunun 28-i İstanbul şəhərinin Atatürk Hava Limanında terror aktı törədənlərdən birinin kimliyi məlum olub.

Musavat.com-un məlumatına görə, Türkiyənin "Hürriyyet" qəzeti həmin şəxsin Rusiya vətəndaşı, çeçen Osman Vadinov olduğunu yazıb. Onun İŞİD üzvü olduğu bildirilir.

Qəzetin yazdığına görə, hadisəni 3 terrorçu törədib. Onlar iyunun 28-i axşam saat 9 radələrində İstanbulun Fateh Vətən küçəsində Mahmud Bağışa məxsus taksiyə miniblər. İstanbul polisi həmin vaxt küçədəki təhlükəsizlik kamerasının terrorçuları qeydə aldığını üzə çıxarıb.

Terrorçuların üç bel çantası və bir çamadanı olub. Onlar hava limanında xaricdən təyyarə reysləri ilə gələn şəxslərin çıxışı üçün nəzərdə tutulmuş terminalda taksidən düşüblər, çamadandakı partlayıcıları əyinlərinə keçirib, silahlarını gizlədərək dağılışıblar. Bundan sonra xaricə gedən və xaricdən gələn sərnişinlər üçün nəzərdə tutulmuş giriş-çıxışda və avtomobil parkında gülləbaran və partlayışlar törədilib.

Tarix
2016.06.30 / 12:23
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla