
Sarıkökdən dərman kimi istifadə etmək olar? - Həkim
01:54
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Çində yeni infeksiya olan çikunqunya qızdırması sürətlə yayılmağa başlayıb.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, Cənubi Çinin Quanqdonq əyalətində, xüsusən də Foşan şəhərində artıq 1200 nəfər yoluxub.
Xəstəliyin yüngül formada keçməsi və ölüm halının qeydə alınmaması sevindirici hal kimi qiymətləndirilir.
Mütəxəssislər bildirir ki, çikunqunya qızdırması əsasən Aedes cinsi ağcaqanadların dişləməsi ilə yayılır. Virus kəskin hərarət, oynaq ağrıları və dəri səpgiləri ilə özünü büruzə verir. Simptomlar danq qızdırmasına bənzəyir və yoluxmuş şəxslərdə fiziki zəiflik yarada bilər.
Hazırda yoluxmalar lokal miqyasda olsa da, sürətli yayılma riski dünya ictimaiyyətini narahat edir.
Tarix
2025.07.19 / 23:09
|
Müəllif
Axar.az
|