
İranda güclü partlayış baş verdi – Video
23:09
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
İndoneziya sahillərində göyərtəsində 280 sərnişinin olduğu "Barcelona VA" gəmisində yanğın başlayıb.
Axar.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Talaud dairəsinin Manado limanından çıxan gəmidə Talise adası yaxınlığında yanğın başlayıb. Sərnişinlərin bir çoxu xilas olmaq üçün dənizə atılıb.
Yerli hakimiyyət orqanları yanğın nəticəsində azı dörd nəfərin həyatını itirdiyini bildirir.
Axtarış-xilasetmə xidmətinin nümayəndəsi Veri Ariyanto bildirib ki, indiyədək 150 turist təxliyə edilib.
Digər sərnişinlərin taleyi isə hələ də məlum deyil.
Tarix
2025.07.20 / 17:09
|
Müəllif
Axar.az
|