Yuxarı

Ermənistan onu Rusiyaya verməkdən imtina etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan hərbi hissəni icazəsiz tərk etdiyi üçün axtarışda olan keçmiş hərbçi Semyon Subbotini Rusiyaya ekstradisiya etməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə “Novaya qazeta” məlumat yayıb.

Məlumata görə, Rusiyanın İvanovo vilayətindəki hərbi hissədə rabitəçi olan Subbotin 2024-cü ilin sentyabrında “Meşə ilə gedin” layihəsinin köməyi ilə Ermənistana gedib.

Ermənistanda qanunsuz miqrant yaşayan Subbotin barəsində Rusiyada cinayət işi qaldırılıb və haqqında axtarış elan edilib. Rusiyadan onun arxasınca gələnlərin olduğu barədə məlumat alan Subbotin erməni polisinə təslim olub və 3 gün müddətinə həbs edilib. Təcridxanaya gələn rusiyalı hərbçilərin onu aparmaq niyyətləri də boşa çıxıb. Hüquq müdafiəçiləri polis və prokurorluqla əlaqə saxlayıb, adam oğurluğu riskinin olduğunu bildiriblər. Həbs müddəti başa çatdıqdan sonra Subbotin sərbəst buraxılaraq polis bölməsinə aparılıb və orada vəkillə təmin olunub.

Keçmiş hərbçi hazırda azadlıqdadır.

Tarix
2025.07.20 / 18:08
Müəllif
Axar.az
Digər xəbərlər

Forumun Xankəndidə keçirilməsi... – Vəliyev

Türklər Zəngəzuru bu cür ələ keçirəcək: Batum kimi...

Ukraynalı jurnalist Əliyevə görün nə hədiyyə etdi - Video

Azərbaycanın MDB-nin iclasında iştirak etməməsi...

Əbu-Dabidəki görüş konstruktiv oldu - Hacıyev

Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

Bu məqaləni yerləşdirdik, heç kəs ayırd edə bilmədi ki... - Hacıyev

İran Xəzərdə Rusiya ilə təlimlərə başlayır

Şərqi Azərbaycanda güclü zəlzələ baş verdi

Rusiya Qafqazda müharibəyə başlaya bilməz, gücü yoxdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla