Yuxarı

Rus donanmasının ən yeni gücü: "Knyaz Poçarski"...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus donanmasının ən yeni gücü: "Knyaz Poçarski"...

"Knyaz Poçarski" strateji sualtı qayığı Rusiya ordusunun sərəncamına verilib.

Axar.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin təkmilləşdirilmiş 955A "Borey-A" layihəsinə aid olan "Knyaz Poçarski" strateji sualtı qayığı üzərində bayraqqaldırma mərasimində iştirak edib.

Məlumata görə, "Knyaz Poçarski" təkmilləşdirilmiş 955A (Borey-A şifrli) layihəsinin beşinci, ümumilikdə isə "Borey" ailəsinin səkkizinci nüvə raketi daşıyan strateji sualtı qayığı olub.

Gəminin təməli 23 dekabr 2016-cı ildə Severodvinskdəki "Sevmaş" ASC-də qoyulub. 2024-cü il fevralın 3-də isə suya buraxılıb.

Əvvəlcə gəminin 2024-cü ilin sonunda Şimal Donanmasının tərkibinə verilməsi planlaşdırılırdı, lakin həmin ilin dekabr ayının əvvəlində təhvil tarixinin 2025-ci ilə keçirildiyi barədə məlumat yayılıb.

955/955A layihəli sualtı qayıqlar bu günə qədər yaradılmış sonuncu – dördüncü nəsil sualtı qayıqlara aiddir. Bu nəsil atom sualtı qayıqları üçüncü nəsillə müqayisədə daha səssiz işləyir ki, bu da onları daha ölümcül edir.

955/955A layihəli qayıqların əsas silahı iki sıra şəklində şaquli şaxtalarda yerləşdirilmiş 16 ədəd R-30 "Bulava" ballistik raketidir.

"Bulava" özü Rusiyanın bərk yanacaqlı ballistik raketidir. Ruslar iddia edirlər ki, bu yeni raket kompleksinin 955 layihəli qayıqlara yerləşdirilməsi Rusiyanın nüvə triadasındakı dəyişmiş qüvvələr balansını bərpa edəcək.

Qeyd etmək lazımdır ki, "Bulava" raketinin çoxsaylı sınaq buraxılışları uğursuz olmuşdu, baxmayaraq ki, sonradan ruslar bu raketin etibarlılığını müəyyən qədər artırmağa nail olublar.

Tarix
2025.07.25 / 07:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla