Yuxarı

Tailand hücumu genişləndirdi: F-16-lar havalandı...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tailand hücumu genişləndirdi: F-16-lar havalandı...

Tailand Silahlı Qüvvələri Kambocanın münaqişə zonasından kənarda yerləşən ərazilərinə qarşı hücumlarını genişləndirib.

Axar.az xəbər verir ki, bu barədə Kamboca Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, iyulun 24-dən etibarən Tailand ordusu yalnız hərbi obyektləri deyil, eyni zamanda məktəblər, yanacaqdoldurma və yaşayış məntəqələri daxil olmaqla, mülki infrastrukturu da hədəfə alır.

Bildirilib ki, hücumlar zamanı ağır hərbi texnika, F-16 qırıcıları və kaset bombalarından istifadə olunub.

Tailandın həmçinin Kamboca ilə sərhəddə yerləşən Trat və Cantxaburi əyalətlərində hərbi vəziyyət elan etdiyi, eyni zamanda Bontay-Miençey vilayəti ilə sərhəd boyunca əlavə qüvvələr yerləşdirdiyi vurğulanıb.

Kamboca Müdafiə Nazirliyinin nümayəndəsi bu addımları ölkənin ərazi bütövlüyünə açıq müdaxilə kimi dəyərləndirib.

Qeyd edək ki, daha əvvəl hər iki ölkə arasında atəşkəslə razılaşmasının əldə olunması barədə məlumat yayılmışdı.

Tarix
2025.07.26 / 09:47
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla