Yuxarı

Diana Qasparyan barəsində cinayət işi açıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diana Qasparyan barəsində cinayət işi açıldı

Ermənistanın Antikorrupsiya Komitəsi Eçmiədzinin keçmiş meri Diana Qasparyan barəsində cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması və vəzifə səlahiyyətlərindən sui-istifadə faktları üzrə cinayət işi açıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 441-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndi (vəzifəli şəxs tərəfindən hakimiyyət və ya xidməti səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyətləri aşma) ilə açılıb. Bu əməl 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bundan başqa, keçmiş mer barəsində 46-441-ci maddənin 2-ci hissəsinin 2-ci bəndi və 296-cı maddənin 3-cü hissəsinin 2 və 3-cü bəndləri (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) ilə açılmış cinayət işinə görə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bildirilib ki, cinayət işi ibtidai istintaq mərhələsindədir.

Tarix
2025.07.26 / 16:19
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla