Yuxarı

“Rövşən Lənkəranski ölməyib, sağdır”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüfət Əhmədzadə

Lənkərana bazar günü gəldim. Gəlişim Rövşənin üç mərasiminə təsadüf etdi. Elə şəhərə gələn kimi, ilk olaraq Kiçik Bazar Məscidinin qarşısında qurulan yas məclisində iştirak etdim. Daha sonra isə yolda tanış olduğum Nazim adlı Hökməli uşağıyla birlikdə qəbirüstünə getdik.

İnsan axını, Rövşənin xatirəsinə göstərilən sevgi və hörmət barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Amma yasa gələnlərin belə danışdıqları diqqətimdən kənarda qalmadı. İki-iki, üç-üç çevrə quran gənclər Rövşən Lənkəranskinin ölümündə "Qurdlar Vadisi"nə aid məqamlar axtarırdılar. Biri deyirdi ki, "ölməyib, əslində sağdır". Bir başqası deyirdi ki, dostları onu reanimasiyadan çıxarıb başqa yerə aparıblar, sağalandan sonra yenidən meydana atılacaq….

Hələ, onun oxşarının öldürüldüyünü də deyənlər var. Bu eşitdiyim də maraqlı idi: "Dəfələrlə "İnterpol"dan gəlib qəbri açmağa çalışıblar, amma Rövşənin dostları və qohumları imkan verməyiblər.Qəbrin ətrafında 10-15 nəfər gecə-gündüz keşik çəkir".

Bu üç gündə məzarlığın yanından dəfələrlə keçmişəm, məzarlıq qarşısındakı maşınlarda əyləşən gənclərin saatlarla orda keşik çəkməsini, o baş-bu baş var-gəl etməsini özüm də təsdiqləyirəm. Amma "İnterpol" məsələsi ilə bağlı nə rəsmi bir məlumata rast gəlmədim, nə də özüm bir rəsmi nümayəndə ilə görüşə bildim. Amma fərziyyələr, şayiələr bitib tükənmək bilmir.

Rəhmətliyin yaxın adamlarından Rufo Gəncinskinin və yaxınlarda "vor" adı alan Ruslan Əhmədlinin də burda olduğunu öyrəndim. Rusiya nömrəsi olan bahalı avtomobillər hər addımda rastıma çıxır. Seyrəlmə hələ yoxdur, əksinə, bir ucdan gəlirlər və Lənkəranda otellərin "ağzına qədər" dolduğunu, artıq kirayə mənzilin də tapılmadığını desəm, yalançı olmaram.

Hər kəs "böyük toplantı"dan danışır. Bu "böyük toplantı"nın da məhz 7 mərasimindən sonra olacağı gözlənilir. Rəhbərliyin kimə keçəcəyi barədə dəqiq bir şey deyən yoxdur. Mənim də qəti məlumat kimi nəsə danışmağım doğru olmaz. Küçədə, məclisdə, kafedə eşitdiyim şayiələrdən başqa bildiyim heç nə yoxdur. Canıyevlərlə həmsöhbət olmaq, nəsə soruşmaq mümkün olmadı…

Lakin insanlarda dəhşətli bir qorxu var: azərbaycanlı "vor"lar bir-birini qıracaq, Rusiyadan gündə meyit gələcək… Bunların hamısını da mən elə Lənkəranda, Rövşən Lənkəranskinin matəm çadırı və məzarı ətrafında gedən söhbətlərdən eşitdim.

Əlbəttə ki, bölgənin insanları Rövşən Lənkəranskini sevirdi və hələ də sevir. Onu "qaqaş" deyə yada salmaları da təsadüfi deyil. Bu hörmət və sevginin üstündən nəsə deməyim artıq olar. Avtoritetlər, oğrular haqqında danışanlar çoxdur. Mən bu mövzuda danışanlardan, özünü ağıllı göstərmək üçün fikir bildirənlərdən biri olmaq istəmirəm. Sadəcə bir şey deyim ki, həqiqət acı olsa da, onu qəbul etmək lazımdır. Rövşən Lənkəranski artıq dünyada yoxdur və onu sevənlər bunu elə də asanlıqla qəbul edə bilmirlər.

Elə ona görə də, yasına gəldikləri mərhumun hələ də sağ olduğu haqda danışır, dinləyir və özlərini buna inandırmağa çalışırlar. Həyatımız "Qurdlar Vadisi" deyil… ssenarisi sadə, amma daha dəhşətli yazılıb. Allah rəhmət eləsin!

Qafqaznews.az

Tarix
2016.08.24 / 15:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla