Yuxarı

Nəsimi polis rəisinin gecə barından reportaj - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəsimi polis rəisinin gecə barından reportaj - Foto

Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin sahibi olduğu iddia edilən "Buqatti" gecə klubunun izinə biz də düşdük. Nəsimi rayonu, Azadlıq prospekti 58-v ünvanında yerləşən klub haqqında bir də həmin ərazidə yaşayanların dilindən eşitmək maraqlı olardı.

"Axar.az" xəbər verir ki, mətbuatın gündəmindən düşməyən bar illərdir fasiləsiz fəaliyyət göstərsə də, yazılanlardan sonra 2 gündür ki, qapısı qıfıllanıb. Müştəriləri qapıda qalan gecə klubunun 2 günlük fasiləsinin səbəbini isə bilən yoxdur.

Klubun qapısının üstündə "18+" işarəsi olsa da, bara gələnlər arasında yaş məhdudiyyəti yoxdur.

"Buqatti"nin səsindən təngə gələnlər

İllərdir "Buqatti"dən gələn səslərdən narahat olan qonşular gecə klubunda davasız bir günün olmadığını deyir.

"Siz hələ indi xəbər tutmusuz burdan. Bu bar 3 ilə yaxındı fəaliyyət göstərir. Burada dava-qırğın olmayan gün yoxdu".

Bu sözləri mənzili "Buqatti" gecə klubunun üstündə yerləşən bina sakini Lalə Novruzova deyir.

Əlavə edir ki, binanın altında yerləşən barların əlindən uşaqlarını küçəyə də buraxa bilmirlər: "Eşitmədiyimiz söyüş qalmayıb. Yayda vəziyyət lap biabırçılıq olur. Axşam 7-dən sonra barın qabağındakı qızların əlindən küçəyə çıxmaq olmur".

"Paqon" sahibinə məxsus bar

"Buqatti"nin yerləşdiyi binanın sakinləri də iddia edir ki, klub hansısa "paqon" sahiblərindən birinə məxsusdur.

Adının çəkilməsini istəməyən bina sakininin sözlərinə görə, barla bağlı etdikləri şikayətlərə baxılmamasının səbəbi də elə budur:

"Hara gedirik, kimə şikayət edirik, deyirlər, bu iş sizlik deyil. Konkret kimə məxsus olduğunu bilmirik. Ancaq deyirlər, polis rəisidi".

Bir əldə cəmlənən gecə klubları

Şikayətçilər deyir ki, binanın altında yerləşən bütün barlar eyni adama məxsusdur:

"Barlardan biri uzun müddət şikayətdən sonra bağlandı. Ancaq əvəzinə idman zalı açdılar. Ancaq problem bir o barda deyildi".

Binanın digər sakini Hafizə Abdiyeva deyir ki, binanın zirzəmisində yerləşən klubların hamısının sahibi eyni adamdır:

"Binanın altındakı bütün zirzəmiləri alıblar. Əksəriyyəti bar kimi fəaliyyət göstərir. Digər zirzəmilərin də qapısını bağlayıblar".

Sakinlər deyir ki, Nəsimi Rayonu 22-ci polis bölməsinin düz yanında yerləşən "Buqatti"də hər gün rüsvayçılıqdır: "O qədər adam döyürlər, onu-bunu bıçaqlayırlar ki, burda! Polis bölməsinin düz ağzının içindədi. Dava da olsa, adam da öldürsələr, görən yoxdu. Səhər yenə heç nə olmamış kimi bar işə başlayır".

Xatırladaq ki, Nəsimi rayonu, Azadlıq prospekti 58 V ünvanında yerləşən "Buqatti" adlı gecə klubunun sözügedən rayonun polis idarəsinin rəisi Musa Musayevə məxsus olması barədə xəbərlər yayılıb. M.Musayev bununla bağlı açıqlama verməyib.

Tarix
2014.04.11 / 17:15
Müəllif
İsmi Şahzadə
Digər xəbərlər

Prezidentlərin təkbətək görüşü keçirilir

İlham Əliyev Belçika Kralını təbrik etdi

İlham Əliyev Endi Börnhemi təbrik etdi

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla