Yuxarı

Bakıda maşınların apteki açılır - Fotoreportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda maşınların apteki açılır - Fotoreportaj

Avtomobil sürücülərinin mütəmadi olaraq müraciət etdiyi ünvanlardan biri də avtomobil ehtiyat hissələrinin satıldığı mağazalardır. İyul ayının 1-dən paytaxtımızda saysız-hesabsız ehtiyat hissələrinin satışını həyata keçirən mağazalar sırasına ən yenisi və ən kreativi daxil olur – "AvtoAptek".

Axar.az olaraq adıçəkilən ünvana yollanıb mağazanın satıcısı Məhmət Kofko İsmayıloğlu ilə həmsöhbət olduq.

İyulun 1-dən satışa başlayırıq

Məhmət bəy "AvtoAptek"in 2012-ci ilin iyulundan etibarən fəaliyyət göstərdiyini, ancaq bir ildir yeni əraziyə daşınmaqla əlaqədar satışa fasilə verildiyini bildirdi:

"Əvvəl "AvtoAptek"Azadlıq prospektində idi. İndi isə yeni ünvanda, Elit ticarət mərkəzi ilə üzbəüz yeni mağazamızı açırıq. Hazırda mağazada son tamamlama işləri gedir. İyulun 1-dən isə tam şəkildə fəaliyyətə başlayacağıq".

Bizdə Çin malı yoxdur

Mağazamızda yalnız brend malların satışı ilə məşğuluq. Bizdə bütün avto ehtiyat hissələrinin firması, adı var. Adsız mal isə yalnız Çin malı ola bilər, o da biz də yoxdur. Alıcıların istəklərinə əsasən "Mersedes", "BMV", "Audi", "Volksvagen" modellərinin burda olmayan ehtiyat hissələrini 7-10 günə sifarişlə gətiririk. Sifariş prosesində isə Almaniya, Dubay və Türkiyə ilə çalışırıq.

"Xəstə" avtomobillərə xidmət

"AvtoAptek" adına gəlincə isə, bu ad çox diqqət cəlb etdi. Çünki aptekə adətən dərman almaq üçün gedirlər. Biz də "xəstə" avtomobillərə xidmət göstəririk. Bəzən içəri girib başağrı dərmanı istəyənlər də olur (gülür).

"AvtoAptek" adının seçilməsi isə Cəfər, Vüsal və İlqar müəllimin təşəbbüsüdür".

Son olaraq Məhmət bəy "AvtoAptek"lərin şəbəkə halına gətirilməsinin nəzərdə tutulduğunu və fəaliyyətin daha da genişləndirəciyini bildirdi. Bizdən də, "xəstələrə" şəfa diləmək qalır. Ancaq necə deyəsən ki, Allah heç bir maşının yolunu "aptek"dən salmasın.

Tarix
2014.06.21 / 09:00
Müəllif
Natiq Azəri
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla