Yuxarı

Gün ərzində 2.035 xəbər, 1.865 foto – Reportaj/Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gün ərzində 2.035 xəbər, 1.865 foto – Reportaj/Foto

Azərbaycanlı jurnalistlərin Türkiyənin Ankara şəhərində yerləşən Anadolu Agentiliyinin Xəbər Akademiyasında təşkil olunan təlimi davam etməkdədir.

Axar.az xəbər verir ki, təlimin üçüncü günündə ilk dərsi Anadolu Agentliyinin Xəbər Akademiyası koordinatoru Hayri Çətinquş keçib. Agentliyin yarandığı vaxtdan bu günə qədər keçdiyi inkişaf tarixindən danışan Çətinquş agentliyin hal-hazırda dünya üzrə 4 agentliklə (AFP, AP, "Röyter", Çin xəbər agentliyi (Xinhua)) rəqabətdə olduğunu bildirib.

H.Çətinquş agentliyin 7 dildə xəbər yayımlandığı bildirib: "7 dildə xəbər yayımlayan Anadolu Agentliyi gün ərzində 2.035 xəbər, 1.865 foto yayımlayır. Ümumi sayı 2.280 olmaqla agentliyin 82 ölkədə 65 müxtəlif millətdən olan işçisi var. Gündəlik türkcə 1.250, ingiliscə 160, Bosniya dilində 90, ərəbcə 300, kürdcə 110, rusca 65, fransızca 60 xəbər hazırlanır".

Daha sonra H.Çətinquş təlim iştirakçılarını Agentliyin Türkiyə xəbərləri departamenti, İç xəbərlər departamenti, Yurd xəbərləri departamenti, şirkət daxili əlaqələr departamentləri başda olmaqla bütün bölmələri ilə tanış edib.

Xatırladaq ki, Anadolu Agentliyi ilə Türk İşbiriliyi və Koordinasiya Agentliyinin (TİKA) birlikdə təşkil etdiyi proqram çərçivəsində Anadolu Xəbər Agentliyində keçirilən təlimdə "Gündəlik Teleqraf" və "Olaylar" qəzeti, Axar.az xəbər portalı, AzərTac, Trend və "Olaylar" agentliklərindən 20 nəfər jurnalist iştirak edir.

Tarix
2014.06.25 / 18:20
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla