Yuxarı

Qərb aldadırmış: Məşhur repçinin Koreya reportajı - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb aldadırmış: Məşhur repçinin Koreya reportajı - Foto

"Pekindən Şimali Koreyaya gedəndə mən və yanımdakı qərbli qonaqlar bu ölkə haqda bir çox mühakimə yürütmüşdük. Amma gördüklərimiz bizi çox çaşdırdı".

Axar.az xəbər verir ki, bu fikirləri repçi Marsel Ketrin səfər təəssüratlarında yazıb. Marsel Şimali Koreyadan qeydlərində yazıb ki, kareyalılar Amerika imperializminə nifrətini hər yerdə hiss etdirir:

"Onlar Amerika xalqını ABŞ hökumətiylə bir görmürlər. Bizim amerikalı olduğumuzu biləndə siyasətdən çox, amerikan mədəniyyətindən və idmandan danışırlar. Dünyanın ən gözəl şəhərlərindən olan Pyonqyanq çox baxımlıdır. Heykəllər və nəhəng binalar adamı heyran edir. İnsanların istirahəti üçün yaşıllıqlar çoxdur. Şəhər mərkəzi gecələr çox işıqlıdır. Aerodromdan şəhər mərkəzinə qədər saçını Prezident Kimin üslubunda kəsdirmiş tək bir adam gördüm və ona da açığı heç yaraşmırdı".

Amerikalı repçi qeyd edir ki, dövlətin ölkədə yalnız bir neçə saç düzümü tələb etməsi haqda yayılan xəbərlər də yalandır:

"Gənclər ingiliscə çox yaxşı danışır. Litseydə ingiliscə öyrəniblər. Məktəblərdə üçüncü sinifdən ingiliscə dərslər keçirilməyə başlanır. Ancaq şagirdlərin çoxu çincə və almancaya üstünlük verir.

Xalq ölkənin problemləri mövzusunda danışmağa çox açıq fikirlidir. Onlar gündəlik həyatın çətinliklərindən bəhs etməyə çəkinmir. Məsələn, 1980-ci illərə qədər Cənubi Koreyadan daha yüksək həyat standartlarına sahib bir xalqın quraqlıq, aclıq və sel kimi problemlər üzündən ticari əlaqələri kəsilib.

Kuba kimi iqtisadi blokadaya salınıb. Xalq Cənubi Koreya ilə əlaqələrin bərpasını və ölkələrin birləşməsini arzulayır. Ölkənin hər bölgəsində demək olar ki, öz ehtiyacını qarşılayan pivə emalatxanaları var. Əhalinin əksəriyyəti yemək yanında pivəyə üstünlük verir".

Repçi yazır ki, ölkədə edamlar, dövlət məmurunun köpəklərə yedirilməsi, porno filmə görə edam hökmü xəbərləri Qərb mediasında yayılsa da, burada təkzib olunur:

"Təhsil pulsuzdur, mənzil problemi yoxdur və bu, sosialist idarəçiliyi problemləri çox olan xalq üçün müsbət imtiyazlardır".

Tarix
2014.12.27 / 20:55
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

İsrail “soyqırım” səsverməsini Bakının təzyiqi ilə dayandırıb

Rusiyaya cavab: 3 baza, 3 tanker... - Zelenski elan etdi

Rusiya Kiyevdəki Azərbaycan səfirliyini vurdu - Foto

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla