Yuxarı

Azərbaycanlılar Tiflisi belə “işğal” etdi - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılar Tiflisi belə “işğal” etdi - Foto

- Siz yeni ili harada qarşılayacaqsız?

- Küçədə, öz maşınımda.

Tiflisin mərkəzində müştəri gözləyən gürcü taksi sürücüsü belə deyir. Onun Yeni il axşamı ailəsi ilə birgə süfrə başında və ya restoranda olmaq imkanı yoxdur. Çünki şəhərdə minlərlə turist var və onlara xidmət etmək, həm də yaxşı qazanc götürmək lazımdır.

Axar.az-ın Yeni il günü Gürcüstan paytaxtında olan əməkdaşının sözlərinə görə, azərbaycanlılar Tiflisi sözün əsl mənasında "işğal" etmişdilər.

Şəhərin bütün hotelləri, restoranları azərbaycanlıların inhisarında idi. Tiflisdə hardasa, 5-6 min azərbaycanlı qonaq olardı. Əslində dekabrın 30-da xüsusi bir qatarın günorta saatlarında Bakıdan Tiflisə yola düşməsi ilə bu qənaətə gəlmək olardı ki, Gürcüstan azərbaycanlılar tərəfindən alınıb.

Yeni il axşamı Tiflisin mərkəzində çox az sayda gürcü bayramı qeyd edirdi.

Onların bir qrupu restoranlarda, müəyyən hissəsi Maydanda təşkil olunmuş konsert proqramında idi, qalanları isə evlərində bayramı qarşılayırdı. Şəhərdə əsasən azərbaycanlılar, qismən türkiyəlilər və amerikalı, avropalı turistlər gözə dəyirdi.

Gürcülər isə heç də bu fürsətdən sui-istifadə edərək hotel, restoran və taksilərdə qiymətləri süni şəkildə qaldırmamışdı. Ümumiyyətlə, bütün restoranlarda və hotellərdə yerlər əvvəlcədən sifariş olunmuşdu. Bunu sərhəd-keçid məntəqəsində yaranmış izdihamı görəndə də müəyyən etmək olardı.

Gürcülər Azərbaycandan gələn turist axınını məmnunluqla qarşıladılar və Yeni ili iş başında qulluq edərək keçirdilər...


Tarix
2015.01.04 / 10:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla