Yuxarı

Mitinqdə terror törədən İŞİD-çinin yurdundan - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mitinqdə terror törədən İŞİD-çinin yurdundan - Reportaj

HDP-nin Diyarbəkir mitinqində terror törədən şəxsin Adıyamandan olması diqqəti bu bölgəyə yönəldib.

Axar.az xəbər verir ki, son bir ayda bu regiondan 8 nəfər "İslam xilafəti" ordusunun sıralarına qoşulub.

Bölgədə yaşayan insanlar bir yandan övladları üçün nigarandır, digər tərəfdən Suriyaya döyüşməyə gedənlərin taleyindən danışırlar. Mitinqdə partlayışı təşkil edən və 4 nəfərin ölümünə səbəb olan O.G. artıq həbs olunub. Ancaq onun kimi onlarla adıyamanlı var.

Adıyaman camaatı danışır ki, ailələr övladlarını geri qaytarmaq üçün özlərini təhlükəyə atıb Suriyaya gedirlər. 2013-cü ildə bu şəhərin Samsat qəsəbəsindən Suriyaya gedən Fərhad Avcı bir ay əvvəl döyüşlərdə öldürülüb. Ailəsi deyir ki, İŞİD-ə qoşulan gənclər evləndirilirlər.

Dayısı isə bildirir ki, bacısı oğlu İŞİD-in Nusra cəbhəsinə qoşulub: "Fərhad sonra geri qayıtdı. Bir müddət kənddə qalandan sonra yenə Suriyaya getdi. Keçən il anasını görmək üçün kəndə gəldi, yanında bir ərəb var idi.

Bu qadınla Suriyada evləndiyini söylədi. Sonra onunla təzədən Suriyaya qayıtdı. Bir ay əvvəl xəbər gəldi ki, hava bombardmanında ölüb. Arvadı ilə sonuncu dəfə görüşəndə mənə dedi ki, hamilədir. Fərhad kimi Suriyada evləndirilən çoxlu Adıyaman gənci var. Anası Fərhada haqqını halal etmir, onun övladını da qəbul etmək fikrində deyil".

Tarix
2015.06.17 / 10:46
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla