Yuxarı

Vahid Mustafayev: “Prezident çıxışında vurğulayıb ki...”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vahid Mustafayev: “Prezident çıxışında vurğulayıb ki...”

Bu gün "Kepminski Badamdar" otelində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Qəhrəman Çingiz Mustafayev Fondu və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi ilə birgə təşkil etdiyi Jurnalist Akademiyasının məzunlarına sertifikatların təqdim olunma mərasimi keçirildi.

Axar.az xəbər verir ki, Milli Qəhrəman Çingiz Mustafayev Fondunun maliyyə dəstəyi, ANS TV və ABŞ səfirliyinin dəstəyi ilə keçirilən 3 aylıq kurslarda bu il daha 20 məzun sertifikat aldı.

Tədbirdə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev, ABŞ səfirliyinin müvəqqəti işlər üzrə vəkili Derek Hoqan, "Gündəlik Teleqraf" MMC-nin rəhbəri Aynur Camalqızı, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev, habelə amerikalı və azərbaycanlı müəllimlər iştirak edib. Məzunlara sertifikatları ABŞ səfirliyinin müvəqqəti işlər üzrə vəkili Derek Hoqan və ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev təqdim etdi.

Tədbiri ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev açıq elan etdi:

"Bu il 150 nəfərdən cəmi 20 şəxs seçdik. Təhsil vermək, öyrətmək elə mühüm bir amaldır ki, biz bu işin öhdəsindən gəlmək üçün əlimizdən gələni etdik. Gənclərə məlumat toplamağı, xəbər hazırlamağı ən əsası, vətəni sevməyi öyrətdik. Prezident çıxışında vurğulayıb ki, onun jurnalistlərə böyük inamı var və düzgün, qərəzsiz xəbərləri jurnalistlərdən almaq istəyir. Buna görə də jurnalistika olduqca önəmli sahədir. Bu sahənin inkişafı üçün biz də öz üzərimizə düşəni edirik. O gün olsun ki, torpaqlar geri qayıtsın və jurnalistlər vasitəsilə xalqa bu məlumat ötürülsün, gedib oradan reportaj hazırlasınlar".

Daha sonra tədbir ABŞ səfirliyinin müvəqqəti işlər üzrə vəkili Derek Hoqanın çıxışı ilə davam etdi:

"Mən ANS şirkətinin rəhbərliyinə bu layihə üçün təşəkkür edirəm. Bu mərasimdə iştirak etməkdən çox məmnunam. Siz karyeranızı jurnalistikaya bağlamaqla çox böyük məsuliyyəti üzərinizə götürmüsünüz. Jurnalistika kiçik qazanclarla parlaq həyatdan uzaqdır. Əsl jurnalistlərin vəzifəsi həqiqətləri tapmaq və onu xalqa ötürməkdir. Jurnalist olmaq üçün əzm labüddür".

Qeyd edək ki, Jurnalist Akademiyası 2007-ci ildə Azərbaycanda media sahəsində yüksək ixtisaslı peşəkarların yetişdirilməsinə yardım etmək məqsədilə yaradılıb.

Akademiya Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun təşəbbüsü, ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Tarix
2015.08.06 / 19:21
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev

İranın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

Azərbaycan və Monteneqro siyasi məsləhətləşmələr keçirdi

Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla