Yuxarı

Dədə Qorqud parkında dəhşətli təhlükə - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dədə Qorqud parkında dəhşətli təhlükə - Foto

...Arxadan boylanan İsveçrə üslubunda tikilmiş binalar parka ayrı panoram verir. Sanki Avropa şəhərindəsən, ya da kadrlarda tez-tez gördüyümüz Vaşinqtondakı xiyabanlardan birində. Açığı, indi Bakıda adamın daha çox sakitlik tapacağı, insan selindən uzaq bir yer varsa, o da Dədə Qorqud parkıdır.

Axar.az olaraq istirahət massivində müşahidələr aparıb, Dədə Qorqud parkından reportaj hazırlamışıq.

Parkda yaşıllıqlar seyrəkdir və həm qış, həm yay aylarında gəzinti üçün əlverişli deyil. Sərt külək soyuq havada gəzişməyə imkan vermir.

Təxminən, Qış parkı da eyni coğrafi şəraitə malikdir. Adam qış vaxtı bu parklarda yalnız dona bilər. Amma görünüşcə çox gözəl olan Dədə Qorqud parkında adamların azlığı, səs-küydən uzaq bir məkan olması gəzinti üçün ən yaxşı seçimdir.

Parkın başqa çatışmazlıqları da var. Məsələn, skamyaların azlığı, gəzməkdən yorulanda bir stəkan çay içmək üçün kafenin olmaması sakinləri narazı salır.

Və ən əsası, parkın içərisindəki göl böyük təhlükə mənbəyidir. Çünki ətrafı mühafizə olunmayıb, hər hansı məhdudlaşdırıcı sədd qoyulmayıb, yaxud nəzarətçilər ayrılmayıb.

Parkda qaçışan uşaqlar isə gölə tərəf yüyürürlər. Valideynin həssas şəkildə nəzarəti olmasa, azyaşlılar hər an yıxılıb suya düşə bilər. Yekunda istirahətə gələn insanların acı bir faciə ilə üzləşəcəyi istisna deyil.

Parkda olarkən bizimlə söhbətləşən sakinlər də o qənaətdədir ki, ilk növbədə gölün mühafizəsi təşkil olunsun.

Elə orda olarkən bir neçə dəfə bu təhlükənin şahidi olduq. Gölə tərəf qaçan uşaqlara valideynləri həyəcanlı şəkildə qışqırıb çağırış etməsələr, arzuolunmaz sonluq yaşana bilərdi.

Parka gələn sakinlərin digər təklifi isə ictimai nəqliyyatla əlaqədardır. Parkın "Gənclik" metro stansiyasına çıxışında heç bir avtobus dayanacağına rast gəlinmir.

Bu halda avtobuslar parkdan çıxıb marşrut gözləyən sərnişinlər üçün saxlamır. Belədə vətəndaş metroya qədər uzun bir yolu piyada qət etməyə məcbur qalır. Sakinlər təklif edirlər ki, avtobus dayanacağı qoyulsa, parka gələnlər üçün rahat olardı...

Tarix
2015.10.27 / 15:18
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla