Yuxarı

Bayram süfrəsi neçəyə başa gələcək? - Qiymətlər/Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayram süfrəsi neçəyə başa gələcək? - Qiymətlər/Foto

Bayramqabağı bazarlarda canlanma yaranıb. Yeni ilə sayılı günlər qalmış əhali tədarük görməyə başlayıb.

Axar.az-ın əməkdaşı paytaxt bazarlarındakı vəziyyəti öyrənib və bayram süfrəsinin neçəyə başa gəldiyini araşdırıb.

Müxbirimizin qeydlərinə görə, alıcıların əksəriyyəti manatın üzən məzənnəyə keçdiyi gün bayram hazırlığı görməyə çalışıb.

Qiymətlərin dəyişəcəyini güman edən paytaxt sakinləri Yeni il axşamı süfrəyə düzüləcək nemətlərin ərzağını alıblar.

Bazarlarla yanaşı, yarmarkalara və supermarketlərə üz tutublar. Hazırda isə Bakı bazarları daha da qaynamaqdadır.

Qiymətlərə gəlincə, meyvə-tərəvəz məhsullarına tələbat artıb. Əsasən də sitrus meyvələri - kivi, banan, narıngi bayramqabağı ən çox alınan məhsullardır. Çərəz məhsullarına da tələbat az deyil.

Kivinin kilosu 2 manat 50 qəpikdir. Banan da 2 manat 50 qəpiyə satılır.

Almanın kilosu 60 qəpikdən 2 manata qədər dəyişir. Heyva 1 manat 80 qəpik, narıngi isə 1 manat 60 qəpikdir. Bazarlarda portağal, xurma və əzgil isə 2 manatdır.

Çərəz məhsullarından qabıqlı qozun kilosu 8 manat, ləpə 15 manat, fındıq 10 manat, şabalıd isə 8 manatdır.

Kartof 1 manat 50 qəpik, soğan 80 qəpik, yumurta 18 qəpikdən 27 qəpiyədək satılır. Ət məhsullarının qiymətində isə dəyişiklik olmayıb. Hazırda bir kilo mal əti 7 manat 50 qəpik - 8 manatdır.

Toyuğun hisə verilmiş döş əti 4 manat 85 qəpiyə satılır. Bitki yağlarına gəlincə, "Final" firmasının qarğıdalı 2 litrlik məhsulu 6 manatdır. "Miad" yağı isə 8 manatdır.

"Çempion" çayı 1 manat 20 qəpik, "Beta Ti" 1 manat 30 qəpik, "Berqa" 1 manat 20 qəpik, "Azərçay" 1 manatdır.

"Supersun" tomatı 1 manat 60 qəpik, "Bizim tarla" tomatı 1 manat 20 qəpik, badımcan kürüsü 2 manat 80 qəpik, yaşıl noxudlar isə 2 manat 70 qəpik civarındadır. Duzlu xiyarlar 1 manat 65 qəpikdir.

Balıq məhsullarına gəlincə, kütüm 15 manatdan aşağı satılmır. Hinduşkanın kilosu 12 manatdır. Hazırda ucuz yerlər siyahısında "8-ci kilometr" və "Yaşıl bazar"ı qeyd etmək olar.

Alıcıların sözlərinə görə, bazarlar və marketlərlə müqayisədə yarmarkalarda qiymətlər daha münasibdir. Odur ki, əhali daha çox şəhərdə təşkil olunan yarmarkalara üz tutur.

Qeyd edək ki, bu gündən bayramla bağlı kənd təsərrüfatı məhsullarının yarmarkaları start götürür.

Nazirlikdən bildirilib ki, yarmarkalar dekabrın 26-dan yanvarın 5-inə kimi paytaxtın müxtəlif yerlərində, o cümlədən Sumqayıtda keçiriləcək.

Tarix
2015.12.27 / 09:00
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla