Yuxarı

Skinhedlər Axar.az-a danışdı: “Savaş başlamalıdır”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər bir insan irq saflığı məfhumuna inanırsa, bir başqasının irqçiliyini rədd edə bilməz. Əgər bir irqin ancaq və ancaq öz vətənində rahat yaşaya biləcəyini düşünürsə, başqalarının da öz torpaqlarındakı "yad" irqləri təmizləməsinə qarşı çıxa bilməz".

Lenni Brenner

"Skinhedlər, skinlər" ingilis dilindən tərcümədə (skinheads) skin — dəri və baş mənalarını verir.

Skinhed neonasizm ideyasının tərəfdarı olan gənclərdən ibarət submədəniyyətin toplum adıdır. Submədəniyyət elə yarandığı müddətdən tamamilə apolitikdir. Burada nə solçu, nə də sağçı siyasi baxışlar üstünlük təşkil edir.

Skinhedlərin xarici görünüşü modların geyim üslubunu təkrarlayır: Fred Perri və Ben Şerman polo və sviterləri, Levis cinsləri Krombi klassik paltosu və doktor Martens çəkmələri.

Əsas geyimə həmçinin dama-dama köynəklər, cins gödəkcələr və nazik çiyinbağıları da daxildir.

Axar.az-ın əməkdaşı dünyanın müxtəlif ölkələrində yaşayan skinhedlərlə söhbət edib.

Biatris Rinnə almandır, hazırda Almaniyada yaşayır. 30 yaşı var.

Biatris alman olsa da, Almaniyanın küçələrində rahat gəzə bilmədiyini deyir:

"Bəzən işdən yorğun çıxıb Ştutqart küçələri ilə evə gedirsən. Etmək istədiyin şey sadəcə dincəlməkdir. Amma hansısa kök qadınlardan ibarət qaradərili kütlə yaxınlaşır və sədəqə istəyir.

Xanımlar skinhed olduğumu görüb problem yaratmağa çalışır. Əlbəttə ki, məsələ sonda polis müdaxiləsi ilə bölmədə bitir. Cəriməni ödəyən tərəf isə quldur dəstəsi yox, mən oluram. Çünki onlar xarici görünüşcə "normal vətəndaş"dır, mənsə skinhed".

Biatris küçədə skinhed dostları ilə gəzərkən bəyənmədikləri irqlərə sataşmadıqlarını deyir:

"İzlədiyiniz ABŞ istehsalı filmlər özlərinə başqa mövzu tapa bilmir. Çəkdikləri filmi həyəcanlı etmək üçün isə bizi dəli kimi qələmə verirlər. Biz dəli deyilik. Kimdən istəyirsinizsə, soruşun, problem yaradan tərəf həmişə qaralar (qaradərililər) olur".

Biatris skinhed olduğuna görə işdə heç bir problem yaşamadığını deyir: "Skin partilərinə gedib işə vaxtında çata bilməsəm, iş zamanı önümə çıxan qaradərilini alçaltsam, onda rəhbərliklə problem yaşayaram. Mən ağıllı skinəm".

Kəren Lou Cənubi Avstraliyanın paytaxtı Adelaidada yaşayır. 47 yaşlı nasist xanımın 25 yaşında oğlu var. Lakin o, anasının ideyalarını "anlamır".

Kərenin babası İngiltərə Hərbi Hava Qüvvələrinin zabiti kimi həlak olub. O, babasının qəhrəmancasına ölümü ilə fəxr etsə də, onun yanlış amal uğrunda öldüyünü düşünür.

Kəren həyat tərzinin və ideyalarının siyasi olmadığını düşünür:

"Mənim bu mövzuda çox şəxsi düşüncələrim var. Zənnimcə, ideyalarım bir nəzəriyyə formasındadır. Mən və ailəm müəyyənləşdirdiyimiz və düzgün hesab etdiyimiz yolla gedirik.

Avstraliya Veteranlarla Xidmətlər Liqasında müharibə veteranları ilə çalışıram. Öz işimi çox sevirəm. Həyat tərzim, göründüyü kimi, karyeramda mənə heç bir problem yaratmayıb. Həm də mən sakit insan deyiləm, olduqca kobud və güclüyəm. Mənə problem yaratmaq asan iş deyil".

Ceyk Dsva ABŞ skinhedidir. O, ölkəsində ağlardan daha çox qaradərililərə hörmət bəsləndiyini deyir:

"Mənim tolerant, qonaqpərvər, liberal dövlətim var. Ölkədə hər şey mükəmməldir. Tək çatışmazlıq ağların pozulan hüquqlarıdır".

Ceykin sözlərinə görə, ABŞ-da yaranan istənilən qarşıdurmada ağdərililər "günahkar"dır, qaralar isə polislə əlbir olaraq, öz xüsusi kartlarını (vətəndaşlıq sənədlərini) və ya öz pullarını göstərərək asanlıqla məsuliyyətdən canlarını qurtara bilir:

"Küçə ilə gedərkən hansısa qaradərili sənə sataşırsa, qətiyyən ona cavab verməməlisən. Çünki onlar bunu elə-belə deyil, planlı edir".

Ceyk deyir ki, onun valideynləri skinhed yolunu tutduğuna görə özlərini günahkar hiss edir:

"Bəzən anam deyir ki, mənə düzgün tərbiyə versəydi, mən skinhed olmazdım. Bu mənə gülməli gəlir. Əgər onun valideynləri ona düzgün tərbiyə versəydi, onda o da skinhed olardı".

Həmsöhbətlərimin şimal qonşumuz Rusiyada baş qaldıran neonasist, skinhed cərəyanlarına münasibətlərini də bildirdilər.

Biatris xanım rus skinhedlərini də öz silahdaşı hesab etdiyini dedi:

"Bu ideologiyaya sadiq olan hər kəs qardaşımız və bacımızdır, ancaq öz ölkələrində".

47 yaşlı Kəren isə neonasionalizm ideyasına hörmət edən hər kəslə yoldaşlığa hazır olduğunu bildirdi:

"Heç birimiz qanımızı, irqimizi və valideynlərimizi seçməmişik. Rus qanı daşısa da, mənim ideyalarımı bölüşə və mənim qəhrəmanlarıma itaət edə bilər. Bu onu alçaltmır. Belələrinə hörmət edirəm, amma öz ölkələrində olduqları müddətcə".

Ceyk də bu mövzuda öz dostları ilə razılaşdı:

"Müharibə, məğlubiyyət və satqınlıq keçmişdə qaldı. Bütün bunlar artıq tarixə qovuşub. Hazırda bzim kommunizmdən daha böyük düşmənimiz var – İŞİD. Bu terror qruplaşmasına, qondarma islam dövlətinə qarşı bütün ağdərilliər birləşib müharibə aparmalıdır".

Tarix
2016.05.14 / 09:53
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla