Yuxarı

Babinik: Camalə bütün dünyaya Krımı xatırlatdı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Babinik: Camalə bütün dünyaya Krımı xatırlatdı

Vasili Babinik Oleq Lyaşkonun Radikal Partiyasının üzvü, partiya ictimai təşkilatının rəhbəri, Ümumukrayna xalq nəzarəti komitəsinin başçısıdır.

Axar.az Vasili ilə Ukrayna nümayəndəsinin Avroviziya-2016 mahnı müsabiqəsinin qalibi seçilməsinin siyasi tərəfləri haqda söhbət edib:

– Camalənin Krım tatarlarının deportasiyasına həsr edilmiş "1944" mahnısının qalib seçilməsini çoxları siyasi amillərlə bağladı...

– Camalənin qələbəsi Ukrayna xalqı üçün xüsusi ab-hava yaratdı. Bu qələbə bizə çox şey vəd edir. Biz səsvermədə iştirak edə bilmədik, nə etdisə, Camalə özü etdi.

– Bu qələbəni Avropanın Ukrayna xalqına olan dəstəyi kimi qiymətləndirmək olarmı?

– Əlbəttə, bu qələbə birmənalı şəkildə bütün Avropanın və ya Avropanın bir hissəsinin Ukraynanın yanında olduğunu sübuta yetirdi.

– Sözügedən qələbədən sonra xalq arasında Krımın qaytarılması ilə bağlı müəyyən ümidlər yarandımı?

– Əlbəttə. Məncə, Camalə bütün dünyaya Krımı xatırlatdı. Və o bunu layiqincə etdi.

– Son olaraq Maydan hadisələri haqda fikrinizi soruşmaq istəyirəm. Ukraynanın fəal aktivistlərindən biri olaraq Maydan hadisələrini necə dəyərləndirirsiniz? Xalqın gözləntisi nə idi, əldə etdiyi nə oldu?

– Bizim inqilabımız bütün dünyaya səs saldı və deyərdim ki, öz məqsədinə çatdı. Hakimiyyəti dəyişmək istəyirdik, buna nail olduq. Amma təəssüf ki, bütün olanlardan sonra prezident Pyotr Poroşenko hələ də Rusiya ilə ticarət sahəsində əməkdaşlıq edir.

– Son olaraq Ukrayna aktivistləri adından demək istədiyiniz bir şey varmı?

– Hakimiyyətdə olanların bir şeyi dərk etməyini istəyirəm: hər şey müvəqqətidir və gec-tez hər şeyin sonu gələcək. İnsanlara sülh bəxş edin. Əgər ölkəni dəyişmək istəyirsənsə, ilk olaraq özündən, öz həyətindən, öz şəhərindən başla.

Tarix
2016.05.18 / 08:30
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycanla 6 sənəd imzalandı - Zelenski

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Azərbaycan XİN-dən Nyu York merinə cavab

Zelenski Qəbələdən paylaşım etdi - Foto

Zelenski: Rusiya ilə danışıqlar Azərbaycanda keçirilsin

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi

Həm Azərbaycanda, həm də Ukraynada... - Prezident

SOCAR Ukraynada uzun illərdir ki... - Prezident

2022-ci ilin yanvarında Kiyevdə apardığımız fikir mübadiləsi...

Zelenski Qəbələdə: Əliyevlə təkbətək görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla