Yuxarı

İftarda kütləvi zəhərlənmə oldu - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İftarda kütləvi zəhərlənmə oldu - Video

Ötən həftə Qobustanda keçirilən iftar mərasimi zamanı 30 nəfər zəhərlənib. Onlardan 7-si uşaqdır.

Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, hadisəyə səbəb ev şəraitində hazırlanmış müxtəlif cür tortlar olub.

Şöbə müdiri bildirib ki, qida qalıqlarından nümunə götürülərək Mərkəzə gətirilib. Yoxlama zamanı bu qidalarda toksiki maddələr aşkar olunub. Xəstələrdə zəhərlənmə mikrob vasitəsilə başlayıb. O bildirib ki, zərərçəkmişlər müayinə edilib, onlardan nümunələr götürülüb, sonuncu xəstə isə dünən evə buraxılıb.

İmran Abdullayev deyib ki, ötən ay 65 zəhərlənmə hadisəsi qeydə alınıb, nəticədə 79 nəfər zəhərlənib. Onlardan ikisi ürəkbulanma, qusma, ishal və halsızlıq kimi əlamətlərlə müşahidə olunan botulizm xəstəliyi ilə müraciət edib. Bu zəhərlənmələrə də səbəb ev şəraitində hazırlanmış müxtəlif qidalar olub.

Tarix
2016.07.05 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla