Yuxarı

Planşet və uşaqlar: Fəsadları bilin – Araşdırma

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Planşet və uşaqlar: Fəsadları bilin – Araşdırma

Avstraliyanın Körtin Universitetinin alimləri müasir uşaqların planşet və ağıllı telefonlardan olduqca çox istifadə etməsinin gələcəkdə fəsadlara yol aça biləcəyi bildiriblər. Alimlər araşdırma nəticəsində belə qənaətə gəlib ki, bu hal gənc nəsildə əzələ və sümükləri lazımi qaydada inkişaf etməyə qoymur.

Axar.az xəbər verir ki, ekspertlər oyuncaqla oynayan uşaqlarla elektron qurğulardan istifadə edən 3-4 yaşlı uşaqları müqayisə ediblər. Məlum olub ki, planşetlə oynayan uşaqların 15 dəqiqə ərzində əlləri ilə hərəkətləri oyuncaqlarla oynaması ilə müqayisədə az, lakin televizora baxdıqları vəziyyətlə müqayisədə çox olub.

Məsələn, oyuncaqlarla oynayan uşaqlar televizora baxdıqları vəziyyətdən fərqli olaraq 6 dəfə çox, planşetdən istifadə edərkən 3 dəfə çox əlləri ilə hərəkət ediblər. Oyuncaqlarla oynayan uşaqlar planşetdən istifadə edən uşaqlarla müqayisədə bütün bədənləri ilə 2 dəfə çox, televizora baxan uşaqlarla müqayisədə 3 dəfə çox hərəkət ediblər.

Ekspertlər olduqca cəlbedici sensor qurğularından istifadə olunmasının uşaq əzələ və sümüklərinin iki səbəbdən düzgün inkişaf etməməsinə gətirib çıxaracağını bildirirlər: Birincisi, uşaqlar oturaq vəziyyətdə, xüsusilə də əzələ və sümüklərin inkişafına mane olan oyunların arxasında çox vaxt keçirir. İkincisi, planşetdən istifadə edən uşaqlar tez-tez qeyri-münasib formada otururlar ki, bu da onlarda boyun ağrılarını adi hala çevirər.

Tarix
2016.07.07 / 09:00
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla