Yuxarı

H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Video

Qış fəslinin gəlişi ilə ölkədə respirator infeksiyalara yoluxma sayı artıb. Xüsusilə, sosial şəbəkələrdə H3N2 virusu barədə yayılan məlumatlar insanlarda narahatlıq yaratsa da, mütəxəssislər vəziyyətin pis olmadığını izah edirlər.

Onlar bildirirlər ki, H3N2 nə yeni, nə də təhlükəli virusdur. Bu, illərdir gördüyümüz mövsümi qripin bir alt növüdür.

Virusun yaratdığı əlamətlər klassik qrip simptomları ilə eynidir: Boğaz və əzələ ağrısı, öskürək, hərarət. Virus əsasən hava-damcı yolu ilə yayılır.

Axar.az İTV-yə istinadən xəbər verir ki, infeksionist Vasif Əliyevin sözlərinə görə, H3N2 ilə bağlı narahatlığa əsas yoxdur:

"H3N2 insanlar arasında çaşqınlığa səbəb olmasın. Çünki bu bizim hər zaman gördüyümüz qrip mutasiyasıdır".

Həkim xəstəliyin müalicə yolları barədə də danışıb:

"Xəstəlik ev şəraitində izolyasiya olunduğu halda, ağırlaşma ehtimalı təbii ki, az da olsa var. Amma xəstə müayinə edildikdən sonra onun xəstəxanaya yerləşdirilməsinə ehtiyacın olub-olmadığını və ya evdə əlavə müalicənin edilib-edilməyəcəyini həkimin şəxsi qərarına buraxmaq lazımdır".

İnfeksionistlər xüsusi olaraq qeyd edirlər ki, qrip əlamətləri olan şəxslərin özbaşına antibiotik qəbul etməsi yolverilməzdir.

Daha ətraflı süjetdə:

Tarix
2025.12.08 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla