Yuxarı

Nazirliyin rəyi yalan çıxdı: qadın pilotun ölüm - Səbəbi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirliyin rəyi yalan çıxdı: qadın pilotun ölüm - Səbəbi

Avqustun 30-da hamiləliyinin 36-cı həftəsində dünyasını dəyişən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızının ölümü ilə bağlı ilkin rəy açıqlanıb.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən Trend-ə verilən məlumata görə, ölümün dəqiq səbəbləri analizlərin cavabları əsasında iki həftədən sonra müəyyənləşəcək.

Mərkəzdən bildirilib ki, qadının meyitinin müayinəsi zamanı qarpızdan baş verən zəhərlənmənin əlamətləri müşahidə edilməyib.

Ölümə səbəb olan ilkin rəyə əsasən, D.Babayevanın ölümünə pleeklamsiya xəstəliyi səbəb olub. Bu, hamilə qadınlarda rast gəlinən ağır ginekoloji xəstəlikdir.

Artıq ana ölümü faktı ilə bağlı Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb və ölümün səbəbləri araşdırılır.

Qeyd edək ki, D.Babayeva zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına daxil edilib və orada dünyasını dəyişib. D.Babayevanın DSX-nın ilk qadın pilotu olduğu bildirilir.

Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova dünən APA-ya açıqlamasında ilkin versiyaya əsasən 1986-cı il təvəllüdlü Babayeva Dilarə Aydın qızının qida zəhərlənməsindən vəfat etdiyini bildirmişdi.

Tarix
2016.09.01 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla