Yuxarı

Bu tərəvəzlər sizi ağır xəstəlikdən qoruyur – Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu tərəvəzlər sizi ağır xəstəlikdən qoruyur – Həkim

Türkiyənin tanınmış həkimi Orçun Orxon vitamin çatışmazlığının fəsadları haqda danışıb.

Axar.az xəbər verir ki, fəsil dəyişikliyi və temperaturun aşağı düşməsi nəticəsində orqanizmdə müəyyən proseslər getdiyini deyən həkim insanları bol vitamin qəbul etməyə çağırıb. O, vitamin çatışmazlığının bədənimizdə hansı fəsadlara yol aça biləcəyini açıqlayıb:

C vitamini

C vitamini yaşıl bibər, çiyələk, cəfəri kimi qidalarda olur. Bu vitamin çatışmazlığı orqanizmdə kollajen quruluşun pozuntularına yol açır.

D vitamini

D vitamini çatışmazlığı yaşlılarda sümük əriməsi, uşaqlarda isə böyümə pozuntularına səbəb olur. Bu vitamini insan orqanizminə daha çox Günəş işığı ötürür.

A vitamini

A vitamini çatışmazlığı insanda göz quruluğu və korluq yaradır. Diş və sümük quruluşunun qorunmasında faydalı olan A vitamini yerkökü kimi sarı və narıncı rəngli tərəvəzlərdə daha çox olur.

B6 vitamini

B6 vitamini çatışmazlığı anemiyaya gətirib çıxarır. Bu vitamin depressiv vəziyyətdə olan insana müsbət təsir göstərir. Banan, sarımsaq, balıq, kartof, kök, yumurta, düyü B6 vitamini ilə zəngindir.

E vitamini

Antioksidant xüsusiyyəti sayəsində xərçəng daxil olmaqla, bir çox xəstəliyə qarşı qoruyucu vəzifəsini yerinə yetirən E vitamini bitki yağları, badam, qoz kimi qidalarda bol miqdarda var.

Tarix
2016.10.10 / 08:30
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla