Yuxarı

Nərmin üçün yığılan pullar hara xərclənəcək?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nərmin üçün yığılan vəsaitin hələ ki, hara xərclənəcəyi haqda dəqiq qərar verilməyib. Ona görə bu barədə hələlik dəqiq bir söz deyə bilmərəm".

Bu sözləri "Axar.az"a Nərmin Hüseynlinin əməliyyatı üçün yardım kampaniyası təşkil edən gənclərdən olan Hikmət Qasımzadə deyib.

Nərminin bacısı Mehin Hüseynli də şəxsi Feysbuk səhifəsində bu haqda qısa məlumat verib:

"Nərmin üçün yığılan pul barədə narahat olmayın. Cənazə işləri həll ediləndən sonra bu barədə açıqlama verəcəyəm".

Başqa bir mənbədən verilən məlumata görə isə, N. Hüseynlinin əməliyyatı üçün yığılan vəsait bir başqa xəstənin müalicəsinə sərf ediləcək.

Qeyd edək ki, N.Hüseynliyə ötən ilin aprelində boğazının şişməsi üzündən zob diaqnozu qoyulub və dərhal əməliyyat olunub. Əməliyyatdan sonra N. Hüseynlinin vəziyyəti ağırlaşıb. Təbrizə yollanan N. Hüseynliyə diaqnozun əvvəlcədən səhv qoyulduğu və onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub.

N.Hüseynlinin həyatını xilas etmək üçün gənclər Bakı şəhərində geniş xeyriyyə kampaniyası keçirib. Və onun müalicəsi üçün tələb olunan 150 min manatın böyük bir hissəsi toplanılıb. Nərmin dünən müalicə olunduğu İstanbul Memorial Klinikasında vəfat edib.

Tarix
2014.03.11 / 20:59
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla