Yuxarı

Türk həkimlər azərbaycanlı jurnalistin diaqnozundan şoka düşdülər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist, "Xalq qəzeti"nin sabiq Baş redaktoru Mahal İsmayıloğlu səhhətindəki ciddi problemlərlə əlaqədar Türkiyədə müayinədən keçib. Bu barədə məlumat verən jurnalist Memarial Xəstəxanasının Qazientepdəki bölümündə müayinə olunduğunu bildirib.

M.İsmayıloğlunun sözlərinə görə, Türkiyədəki həkimlər ona Bakıda qoyulan diaqnoza baxıb heyrətləniblər: "Mənə Bakıda xərçəng diaqnozu qoyulmuşdu. Bu səbəbdən də neçə müddət idi böyrəkdəki "şişin" qarşısını almaq üçün xərçəng əleyhinə ağır dərmanlar qəbul edirdim. Bunun nəticəsində damarlarda şişkinlik yaranmışdı, az qalırdı partlasın. Qazientepdəki həkimlər isə bunu görüb şoka düşdülər. Təsəvvür edin ki, ankoloji xəstə olmayan adama ankoloji xəstələr üçün iynə-dərman vurulur. Orda həkim dedi ki, Bakıdakı həkiminin telefonunu ver, danışım, sənin başına bu nə oyundur açıb. Burda həkim mənə demişdi su içmə. Orda həkim deyir sənin böyrəyinin təmizlənməsi üçün əksinə, çoxlu su içməlisən. Yaxud burda demişdilər ancaq "kaşa" ye. Orda isə "ən yaxşı yeməkləri ye ki, orqanizmin güclü olsun" dedilər".

M.İsmayıloğlu bildirdi ki, onun sağ böyrəyində çatışmazlıq aşkar edilib. Bunun üçün də aprelin 2-nə əməliyyat yazılıb: "Mən ayın 1-də Türkiyəyə qayıtmalıyam ki, bir gün sonra əməliyyat olunub. Sağ böyrəyim artıq fəaliyyətini tamam itirib. Sol böyrək olsaydı, bir o qədər problem olmazdı. Ancaq sağ böyrəyin əməliyyatı ürəyə də təsir edir deyə, riskli sayılır".

Jurnalistin sözlərinə görə, əməliyyat üçün tələb olunan 12 min dollar vəsaitə ehtiyacı var. Odur ki, imkanlı və xeyirxah adamların yardımına ümid edir.

M.İsmayıloğlu onu da bildirdi ki, yanlış müalicə nəticəsində onun səhhətinə ağır zərbə vurulmaqla yanaşı, maddi tərəfdən də xeyli ziyana düşüb: "3-4 min manat pul xərcləmişəm. Bu bəladan qurtarım qayıdım, bu məsələ ilə də məşğul olacağam" (Musavat.com).

Tarix
2014.03.23 / 13:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla