Yuxarı

Rus həkim xərçəngi belə sağaldır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Professor Mixail Yenikeyev xərçəngin müalicəsi üçün bir çox araşdırmalar aparıb.

Axar.az xəbər verir ki, uroloji klinikanın urologiya şöbəsinin müdiri, həkim Mixail Yenikeyev araşdırmaları nəticəsində xərçəngi xəstəyə əzab vermədən və lazımsız əməliyyatlar etmədən sağaltdığını bildirib:

“Yerli anesteziya altında və ümumiyyətlə bədxassəli şişi məhv edirik. Xərçəng dəhşətli xəstəlikdir. Belin aşağı hissəsinə iynə vururuq. Şiş olan nahiyədə 40 dərəcədə xərçəng hüceyrələri dondurulur. Sonra isə heliumla bu donmuş şiş təbii bədən hərarətinə çatana qədər qızdırılır. Belə temperaturun dəyişimi ilə xərçəng hüceyrələri məhv olur. Xəstə əməliyyatdan bir neçə saat sonra evə gedə bilər”.

Həkim sözügedən müalicə metodunu tətbiq edən zaman xəstələri bir neçə gün həkim nəzarətində saxladıqlarını qeyd edib:

“Əlbəttə ki, ilk dəfə belə bir əməliyyat yerinə yetiriləndə, xəstə bir neçə gün həkim nəzarətində saxlanıldı, araşdırmalar aparıldı.

Belə əməliyyatlar müasir texnika və tibb elminin son nailiyyətləri sayəsində mümkün olub. Aydındır ki, belə cərrahi müdaxilələr hamıya uyğun gəlməyə bilər. Məsələn, kiməsə ümumi narkoz altında əməliyyat aparmaq təhlükəlidir”.

Tarix
2016.12.01 / 18:18
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla