Yuxarı

Bəşəriyyətin ən böyük bəlalarından birinin çarəsi tapıldı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəşəriyyətin ən böyük bəlalarından birinin çarəsi tapıldı

Avstriyalı genetiklər autizmə səbəb olan yeni mutasiyanı tapıblar.

Sputnik xəbər verir ki, mütəxəssislər, autizmin DNT-də baş verən çoxlu mutasiyalar nəticəsində meydana çıxdığını müəyyənləşdiriblər.

Bu araşdırma metodikasının çətinliyi ondadır ki, autizmdən əziyyət çəkən xəstələrdə bu mutasiya nadir hallarda baş verir. Tədqiqatçılar autizmə səbəb olan nadir bir geni — SLC7A5-i tapıblar.

Tədqiqatçıların bildirdiyinə görə, yeni gen haqqında informasiya autizmin müalicəsi istiqamətində atılmış ciddi bir addımdır və mütəxəssisləri onun müalicəsinə yaxınlaşdırır. Alimlər bildiriblər ki, bu gen barədə məlumatları araşdırarkən onlar, demək olar, autizmin bütün əlamətlərinin ortadan qaldırılması üçün zəruri olan açarı əldə ediblər. Mütəxəssislərin izahına görə, SLC7A5 insan beyninin qan-damar sisteminə bəzi amin turşularının çatdırılması funksiyasını yerinə yetirir. Onun işinin pozulması nəticəsində, yaxud da o, mövcud olmadıqda, baş-beyin kifayət qədər qida qəbul etmir. Bu da o deməkdir ki, beyin öz funksiyasını normal yerinə yetirə bilmir. Daha əvvəl ABŞ-dan olan ekspertlər bildirmişdilər ki, dünyadakı hər 69 uşaqdan biri autizmdən əziyyət çəkir və hər il dünyada autizmli uşaqların sayı 13% artır.

Tarix
2016.12.03 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla