Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 İyun 2018


Elnarə Tofiqqızının ölümü ilə bağlı ekspertizanın nəticəsi açıqlandı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı keçirilən təkrar komisyon ekspertizanın nəticəsi açıqlanıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, nəticələr bu gün məlum olub.

Nəticələrə görə, E. Tofiqqızının üzərində cərrahiyə əməliyyatı zamanı anesteziya prosesi düzgün tənzimlənmədiyindən, oksigen azlığı yaranaraq tənəffüs prosesi pozulub, xəstə bu səbəbdən vəfat edib.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü E.Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib. E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır.

Xatırladaq ki, Elnarə Tofiqqızının həkim səhlənkarlığı nəticəsində ölümü ilə bağlı həyat yoldaşı, jurnalist Anar Niftəliyevin Səhiyyə Nazirliyinə etdiyi müraciətə ötən ayın sonlarında cavab verilib. A. Niftəliyev o zaman APA-ya bununla bağlı açıqlamasında bildirib ki, Səhiyyə Nazirliyi 3 aya yaxındır etdiyi müraciətə cavabında Elnarə Tofiqqızının "Medi Sina" klinikasındakı cərrahiyyə əməliyyatı zamanı həkim səhlənkarlığının qurbanı olduğunu təsdiqləyib: "Məktubda qeyd olunur ki, Elnarə Niftəliyevanın "Medi Sina Klinikası" özəl tibb müəssisəsində aparılan cərrahiyyə əməliyyatı zamanı vəfat etməsi faktı ilə bağlı ərizənizdə qaldırılan məsələlər Səhiyyə Nazirliyinin baş onkoloqunun və baş anestezioloq-reanimatoloqlarının iştirakı ilə araşdırılıb. Mütəxəssislərin rəyinə görə, Elnarə Niftəliyevaya "Medi Sina Klinikası" özəl tibb müəssisəsində "hər iki süd vəzinin axardaxili papillomaları" diaqnozu ilə əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verilib".

A. Niftəliyev, Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili şöbəsinin müdiri G. Poladovun imzası ilə gələn məktubda aylardır iddia etdiyi kimi, "anesteziya metodunun seçilməsi"nin yanlış olduğunun mütəxəssislər tərəfindən təsdiqləndiyini bildirib: "Səhiyyə Nazirliyi mütəxəssislərinin araşdırması bir daha təsdiqlədi ki, bu əməliyyatda narkoza heç bir ehtiyac olmayıb".

Tarix
2014.03.28 / 18:08
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

“Dodaq qənimi” olan klinika rəhbəri meydan oxudu - Video

Pambıq sahəsində zəhərlənmə: 141 nəfər... – Nazirlik

İstidə ürəyi qorumaq üçün 7 ən yaxşı məhsul

Azərbaycanla sərhəddə dəhşətli virus: 3 nəfər öldü

Ürəyi istinin təsirindən qoruyan faydalı içki

Yəhudi alimlərdən şok: Sağlam qida yoxdur – Səbəb

Azərbaycanda şok müalicə: xəstəni ayağından asıb… - Video

Uşaqlarda bu xəstəlik qorxudan yaranır

İnfarkt keçirən insanlara kömək edəcək - Yeni qurğu

Ramazan ayından sonra necə qidalanmaq lazımdır?

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla