Yuxarı

Elçibəy ailəsi Almurad bəyi təkzib etdi - Yeniləndi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elçibəy ailəsi Almurad bəyi təkzib etdi - Yeniləndi

12.09

"Elçibəy həyat yoldaşı Həlimə xanım səhhətindəki problemlərlə bağlı müalicə üçün Türkiyəyə gedib".

"Axar.az" "Azvision.az" istinadən xəbər verir ki, bunu açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib. Onun sözlərinə görə, Ə.Elçibəyin həyat yoldaşının səhhətində müəyyən problemlər var. Bu baxımdan o Türkiyəyə müalicə olunmağa gedib.

A.Əliyev bildirib ki, mərhum prezidentin oğlu Ərturqut hazırda anasının müalicəsi ilə bağlı Türkiyədədir. Aprelin 15-nə qədər qayıtmalıdırlar".

A.Əliyev daha sonra Ərturqutun işsizliyindən gileylənib. Bildirib ki, dəfələrlə ona iş tapsa da Ərturqut imtina edib.

"İş çoxdur. Ərturquta görə, Prezident Aparatına, Fövqəladə Hallar Nazirliyinə müraciət etmişəm. Deyirlər ki, gəlib işləsin, amma özü getmir, əhlikeflik edir. İndi də deyir ki, Türkiyədən gələndən sonra gedəcəm".

14:17

"Həlimə xanım üç aydır ki, Türkiyədədir. Sadəcə Almurad bəyin xəbəri yoxdur. Onun Türkiyəyə getməyinin səhhəti ilə heç bir əlaqəsi yoxdur".

Bu fikirləri "Aznews.az"a açıqlamasında mərhum eks-prezident Əbülfəz Elçibəyin ailəsinin sözçüsü Çingiz Öztürk səsləndirib.

Ç.Öztürkün sözlərinə görə, Həlimə xanım hazırda Türkiyədə yaşayan qızı Çilənay xanımın evində istirahət edir.

Tarix
2014.04.01 / 12:09
Müəllif
Axar.az
Digər xəbərlər

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla