Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 İyun 2018


Azərbaycanda xərçəngi sığortalayan şirkət varmış – Rəsmi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ölkəmizdə olan sığorta şirkətlərində ürək, qan-damar sistemi və onkoloji xəstəliklər sığorta təminatından kənardır".

Bunu "Axar.az"a "Buta" Sığortanın Tibbi Sığorta ilə bağlı elanını şərh edən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin Lisenziyalaşdırma, ərizə və şikayətlərə baxılması şöbəsinin rəhbəri Mahir Abdullayev bildirdi:

"Mümkündür ki, hər bir sığorta şirkəti digər şirkətin istisna elədiyi xəstəliyə təminat versin. Məsələn, stomatoloji xərcləri şirkətlərdən biri verə bilər, amma digəri yox! Qanunvericilikdə hansısa xəstəliyə təminat verilib-verilməcəyi ilə bağlı konkret müddəa yoxdur".

Dövlət nümayəndəsi bir çox dövlətlərdə sığorta təminatı verilməyən və kritik xəstəliklər sırasına daxil olan ürək, qan-damar sistemi xəstəlikləri və infarktın öncədən müəyyən edilməsinin mümkünsüzlüyünü deyir: "Ürək, qan-damar sistemi xəstəlikləri gizli keçən xəstəlikdir. Onu müəyyən etmək çox çətindir. Bunun üçün çox ciddi tibbi müayinədən keçmək lazımdır. Məhz buna görə də həmin xəstəliyi müəyyən etmək olmur. Amma ümumilikdə ölkəmizdə olan sığorta şirkətlərində ürək, qan-damar sistemi və onkoloji xəstəliklər sığorta təminatından kənardır".

Şərtlər 3 ay sonra qüvvəyə minir

"Buta" Sığortanın Korporativ Satış şöbəsinin rəhbəri Azad Nəcəfov elanda göstərilən müddəaları təsdiq etdi. Şirkət nümayəndəsi həmin xəstəliklərə əlaqədar şərtlərin digər xəstəliklərə verilən təminatdan fərqləndiyini də bildirdi: "Kritik xəstəliklərlə bağlı şərtlər bir qədər fərqlidir. Belə ki, tibbi sığorta müqaviləsi bağlandıqdan 3 ay (90 gün) sonraya qədər müddət ərzində sığortalı şəxsdə bu tipli xəstəlik aşkar edilərsə, biz buna təminat vermirik. Amma qoyulan müddət bitəndən sonra aşkarlanarsa, sadəcə bundan sonra təminat verilir".

Sığorta şirkətinin nümayəndəsi müştərilərinin müqavilə bağlanmazdan öncə müayinədən keçib-keçməməsi məsələsinə və saytda göstərilən məlum elanda 3 aylıq müddətlə bağlı şərtin göstərilməməsinə aydınlıq gətirdi: "Bizdə sığorta müqaviləsi bağlanan zaman müştərilər müayinədən keçirilmir. Qaldı elanda bu müddətin göstərilməsinə, bununla bağlı dəqiq bir şey deyə bilmərəm. Amma biz broşürlərdə artıq bu barədə məlumat vermişik".

Müştəri şirkətə doğru məlumat verməlidir

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı xəstəliklərlə bağlı təminat məsələsində qanunvericilikdə konkret müddəanın olmadığını deyir. Onun fikrincə, sığorta şirkəti təminat verəcəyi xəstəliyi seçməklə bağlı müstəqildir: "Sığorta şirkəti sığorta olunan müştərini müayinə etməkdə müstəqildir. Amma vətəndaş öz səhhəti haqqında məlumatları doğru-düzgün bildirməyə borcludur".

Ekspert hesab edir ki, sığorta şirkətinin reklamları belə bir formada verməsini normal qəbul etmək lazımdır: "Elanların bu formada verilməsi şirkətlərin reklam gedişləridir. Adətən sığorta şirkətləri reklamları bu formada yerləşdirirlər, amma sonradan məlum olur ki vəziyyət fərqli, daha sərt imiş. Bir məsələ ilə razıyam ki, reklam və elanlarda bəzən müəyyən yanlışlıqlara yol verilir. Bu isə sığorta qanunvericiliyi deyil, reklam haqqında qanunun pozulmasına gətirib çıxarır. Həmin məsələlərlə aidiyyəti qurumlar məşğul olmalıdır".

Xatırladaq ki, "Buta" Sığorta Şirkəti Könüllü Fərdi Tibbi Sığorta kampaniyasına start verib. Kampaniyanın maraqlı cəhəti şirkətin təminat verdiyi xəstəliklər sırasında kritik xəstəliklər hesab edilən bədxassəli şişlər, orqan transplantasiyası, miokard infarktı və xərçəng daxildir. Əslində "Buta Sığorta"nın qeyd edilən xəstəliklərə verdiyi təminat müştəri ilə müqavilə bağlandıqdan 3 ay (90 gün) sonra qüvvəyə minir. Amma şirkətin rəsmi səhifəsində və radio kanallarda yerləşdirdiyi elan və reklamlarda bununla bağlı heç bir müddəa yoxdur.

Tarix
2014.04.02 / 11:45
Müəllif
Tural İbadov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Futbol infarkta səbəb ola bilər

Yemək yeyərkən bunları etməyin!

“Dodaq qənimi” olan klinika rəhbəri meydan oxudu - Video

Pambıq sahəsində zəhərlənmə: 141 nəfər... – Nazirlik

İstidə ürəyi qorumaq üçün 7 ən yaxşı məhsul

Azərbaycanla sərhəddə dəhşətli virus: 3 nəfər öldü

Ürəyi istinin təsirindən qoruyan faydalı içki

Yəhudi alimlərdən şok: Sağlam qida yoxdur – Səbəb

Azərbaycanda şok müalicə: xəstəni ayağından asıb… - Video

Uşaqlarda bu xəstəlik qorxudan yaranır

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla