Yuxarı

Nazirlik: Əhalinin 3,3 faizində ilkin xəstəliklər aşkarlandı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik: Əhalinin 3,3 faizində ilkin xəstəliklər aşkarlandı

Daim əhalinin sağlamlığının qayğısına qalan Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin profilaktik müayinələri bu il də davam etdirilib. Müayinə olunan əhalinin 3,3 faizində ilkin xəstəliklər aşkarlanıb, 1,47 faizi dispanser nəzarətə alınıb, 7,32 faizi müalicə alıb və 0,8 faizi xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verilib.

Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib ki, əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolu olub. Onun sözlərinə görə, uşaqların icbari dispanserizasiyası proqramı çərçivəsində 2016-cı ildə uşaqların 81,5 faizdən çoxu müayinələrə cəlb olunub. Tibbi müayinədən keçirilmiş uşaqların 5,2 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyatına götürülüb, 1 faizi isə ixtisaslaşdırılmış tibb müəssisələrinə hospitalizasiya olunub.

Şöbə müdiri qeyd edib ki, 2016-cı ildə ana və uşaqların sağlamlığının qorunması məqsədilə qəbul edilmiş “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb.

G.Poladov respublikamızda həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edildiyini də diqqətə çatdırıb.

Tarix
2016.12.30 / 20:48
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon dollar qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla