Yuxarı

Xalq artisti qəza keçirdi: bel sümüyü qırıldı - Yeniləndi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:54

Xalq artisti Nuriyyə Əhmədovanın xəstəxanaya düşməsi ilə bağlı xəbərlər yayılıb.

3 saylı Şəhər Klinik Xəstəxanasından "Publika.az"a verilən xəbərə görə, aktrisa xəstəxanadadır.

Məlumata görə, aktrisa "Xalqlar Dostluğu" metrosu yaxınlığında "11" saylı marşrutda xəsarət alıb. .

Vəziyyəti orta-ağırdır.

***

3 saylı Şəhər Klinik Xəstəxanasından "Axar.az"a verilən məlumata görə, aktrisa hal-hazırda reanimasiyadadır, vəziyyəti normaldır.

Həkimlər xəstənin huşunun yerində olduğu, normal danışdığını və rentgen müayinəsindən sonra evə buraxılacağını da bildiriliblər.

17:14

Xalq artistinin oğlu Faiq isə "Publika.az"a açıqlamasında vəziyyətin heç də ürəkaçan olmadığını söyləyib:

"Hazırda reanimasiyadadır, yarım saata cavab çıxacaq, indi yanında idim. Həkimlər onun onurğa sütununda ciddi problem olduğunu deyir. Mən də yanına girdim, danışmadı, üzümə baxırdı. Huşu özündə olsa da, durumu kritikdir".

O, daha sonra bildirib ki, başımızı itirmişik, ümid Allahadır.

19:40

3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən xalq artisti Nuriyyə Əhmədovanın bel sümüyü sınıb.

Bu barədə xəstənin həkimi Nailə Əsgərova açıqlamasında bildirib. Həkimin sözlərinə görə, hazırda xalq artistini nevrocərrah müayinə edir. Müayinədən sonra məlum olacaq ki, Nuriyyə Əhmədova əməliyyat etdirilməlidir ya yox.

"Hazırda Nuriyyə Əhmədova danışa bilir. Lakin şiddətli ağrıları var. Ona ağrıkəsici vurmuşuq. Xəsarətləri ciddidir. Həkimlər hazırda ona yardım edirlər. İnşallah hər şey yaxşı olacaq". (ANS)

Tarix
2014.04.04 / 19:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla