Yuxarı

Bizi xəstə edən yastıqlar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi insanlarda tez-tez öskürək, boğazda quruluq, gözlərin yaşarması kimi simptomlar müşahidə olunur.

Həkim-həkim gəzən bu insanlar illər ərzində problemin səbəbini və həllini tapa bilmir.

Sağlamolun.az xəbər verir ki, amerika alimlərinin fikrinə görə, bir çox hallarda bu simptomların səbəbi yastıqlarda yaşayan mikroskopik gənələrin ifrazatlarına olan allergik reaksiyadır. Bu gənələr insanlar üçün təhlükəli deyil, lakin onların ifrazatlarının tərkibində olan enzim bir çox insanlarda allergiyaya səbəb olur. Keçməyən "səbəbsiz" öskürək, burun axması, boğaz quruluğu və s. isə məhz allergiyanın simptomlarıdır. Astmadan əziyyət çəkən insanlarda simptomlar daha da ağır ola bilər.

Yuxu zamanı insanın dərisindən milyonlarla ölü hüceyrələr düşür ki, bu hüceyrələr toz gənələri üçün əsas qidadır.

Alimlər sübut edirlər ki, 10 il ərzində dəyişilməyən yastığın çəkisinin 10%-nı toz gənələri və ölü dəri hüceyrələri təşkil edir.

Alimlər hər səhər yatağı yığışdırdıqdan əvvəl ən azı 30 dəqiqə ərzində havalandırmağı, yastıqları tez-tez isti suda (60 C-dən az olmayaraq) yumağı, 3-4 ildən bir yastıqları dəyişməyi tövsiyə edirlər.

Tarix
2017.03.03 / 01:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

İlham Əliyevin Rusiyaya səfəri başa çatdı

Putin və Heydər Əliyev bunun əsasını qoyublar - Prezident

Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi

BAM XXI əsrdə qlobal logistikanı müəyyən edəcək - Putin

Ceyhun Bayramov Çexiyaya getdi

ABŞ-dan inanılmaz: Mirzəyevə sanksiya təklif edilir!!! - Şok

Əskiparadakı qədim Alban məbədi Azərbaycana verilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla