Yuxarı

Bilik Fondu uşaqlara psixoloji yardım etdi - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bilik Fondu uşaqlara psixoloji yardım etdi - Foto

Martın 3-də Şəmkir Bilik Evi nəzdində yaradılmış “Ailə Klubu”unda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün seminar və fərdi konsultasiya keçirilib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Qüsursuz Nitq Mərkəzinin direktoru, loqoped-defektoloq Esmira Qafarovanın apardığı seminarda Şəmkir Heydər Əliyev Mərkəzi tərəfindən dəvət olunan Distant Təhsil Mərkəzinin müəllimləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri iştirak ediblər.

E.Qafarova fiziki qüsurların yaranma səbəbləri, problemin aradan qaldırılma yolları, görülməsi vacib olan ilkin tədbirlər, uşaqlara psixoloji dəstəyin üsulları barədə ümumi məlumat verib.

Sonra valideynlərin fikirləri və təklifləri dinlənilib. Əksər iştirakçılar Şəmkirdə reablitasiya mərkəzinin yaradılması arzusunu dilə gətiriblər.

Qüsursuz Nitq Mərkəzinin direktoru xüsusi qayğıya ehtiyacı olan uşaqları fərdi konsultasiyaya cəlb edib, müayinələr aparıb, ilkin diaqnozlar qoyub, valideynlərə lazımi məsləhətlər verib.

Fərdi müayinədə iştirak etmiş uşaqlarda kəkələmə, autizm, dizartriya, əqli geriləmə, psixi və nitq inkişafının ləngiməsi, serabral iflic, dislaliya, psixonevroz, apraksiya, nitqin ləngiməsi, taxilalogiya və s. xəstəliklər aşkara çıxıb.

Tarix
2017.03.03 / 20:00
Müəllif
Axar.az
Digər xəbərlər

Türklər Azərbaycan simvolu asmağa başladı - Foto

Ermənistanla sərhəd xəttimiz haradan başlayır? - Bayramov

Ermənistanda yeni konstitusiya qəbul olunmalıdır...

Mirzoyanla yaxın zamanda görüş ola bilər - Bayramov

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla