Yuxarı

XXI əsrin əcəli – xərçəng: Onkoloq çıxış yolu göstərir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
XXI əsrin əcəli – xərçəng: Onkoloq çıxış yolu göstərir

İnsanlar maşınlarını ildə bir dəfə texniki baxışdan keçirir, özlərini isə müayinə etdirmirlər.

Bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov Axar.az-a onkoloji xəsəliklərin artma səbəblərindən danışarkən deyib. Onun sözlərinə görə, hazırda süd vəzi, ağciyər və mədə nahiyəsinin şişləri daha çox yayılıb:

“Araşdırmalara görə, bədxassəli şişi əmələ gətirən amillər daha çox qidalanma ilə, siqaret, ətraf mühitin çirklənməsi, 30 yaşdan sonra qadınlarda hamiləliyin baş verməsi, hamiləliklərinin sayının az olması, insanların günəş şüası altında çox işləməsi və s. kimi məsələlərlə əlaqələndirilir. Vegeterian qidalarından istifadə edənlərdə bu xəstəliklər nisbətən az müşahidə olunur. Təcrübəm ərzində xəstəlikdən əziyyət çəkən insanlardan ən çoxu 37 il yaşayıb.

Şəhərlərə nisbətən rayonlarda şiş xəstəliklərinə az rast gəlinir. Çünki iri şəhərlərdə çirklənmə, sənaye tullantıları, siqaret çəkmə, qidalanma mühiti, passivlik çoxluq təşkil edir. Rayonlarda, kənd mühitində isə fiziki enerji daha çoxdur və insanlar təmiz havada sağlam həyat tərzi sürür.

Bu xəstəliklərdən qorumaq üçün yeganə resept 35-40 yaşından sonra ildə bir dəfə “Çek ap” adlandırılan yoxlamadan keçməkdir. İnsanlar maşınlarını ildə bir dəfə texniki baxışdan keçirir, özlərini müayinə etdirmirlər. Rus alimlərindən biri demişdi ki, XXI əsrdə insan ömrü o qədər uzanacaq ki, hər kəs öz xərçəngi ilə öləcək”.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin son açıqlamalarına görə, Azərbaycanda insanların 11 faizi onkoloji xəstəliklərdən vəfat edir. Bu göstəricinin 2020-ci ilədək 15 faiz artacağı gözlənilir.

Tarix
2017.03.11 / 01:06
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla