Yuxarı

Nazirlik: "Elnarə Tofiqqızının ölümündə həkimlər günahkardır"

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Elnarə Tofiqqızının ölümündə həkimlər günahkardır".

Bunu "Aktual.az"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli həkim səhlənkarlığı nəticəsində həyatını itirən tənqidçi Elnarə Tofiqqızı barədə danışarkən deyib.

Onun sözlərinə görə, həmin əməliyyatda narkoza ehtiyac olmayıb:

"Amma həkimlərin qeyri-peşəkarlığı nəticəsində Elnarə Tofiqqızı həyatını itirib".

Anar Qədirli həmçinin deyib ki, tibbi ekspertiza bu barədə də qərar verib, amma verilən qərar Elnarə Tofiqqızının həyat yoldaşı Anar Niftəliyevi qane etmədiyi üçün bununla bağlı yenidən ekspertiza keçirilməsi üçün müraciət olunub:

"Onu da qeyd edim ki, bizim tibbi ekspertiza orda həkimin günahı olduğunu təsdiqləyib".

Xatırladaq ki, 1977-ci il təvəllüdlü E. Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizanın rəyinə əsasən müəyyən edilib ki, E. Tofiqqızı üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib.

Tarix
2014.05.03 / 12:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla