Yuxarı

Aspirin bu faciələrə səbəb ola bilər – Diqqət

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aspirin bu faciələrə səbəb ola bilər – Diqqət

Əksər insanlar ağrıkəsici və temperatur salma kimi aspirindən çox geniş istifadə edirlər. Bu preparatın bir çox faydaları var: prostatın qarşısının alınması, qaşıntını kəsməsi, təzyiqi salması, alzaymer və iflicdən qoruması. Lakin onun insan orqanizminə olan əks təsirlərindən çox az söz açılır.

Axar.az aspirinin insan orqanizmi üçün zərərləri haqda məlumatı təqdim edir:

Aspirin antikoaqulyant olub qanın durulaşmasına səbəb olur. Öldürücü olması, əsasən, toksik təsiri ilə əlaqədardır. Həzm sistemini pozur. Mədə xorası olan insanlar üçün daha təhlükəlidir. Yüksək dozada qəbul olunarsa, ölümə səbəb ola bilər. Homeostazı pozaraq qanın mühitini dəyişir ki, bu hal ölümlə nəticələnir.

Hamiləlik zamanı irsi anemiyalarda istifadəsi əks təsir göstərir. Bu zaman uşaqda ürək xəstəliyi formalaşar. Qaraciyər və böyrək funksiyalarını da pozur. Əməliyyat öncəsi istifadə edilərsə, qanaxma baş verər. Bəzi xəstələrdə allergik vəziyyət yarada bilər. Bu zaman dodaq, üz şişər və angionevrotik ödəm formalaşar. Sinir sisteminə də əks təsiri baş fırlanması kimi özünü göstərər. Toksik təsiri olduğu zaman hər iki qulaqda müvəqqəti karlıq yaranar. Qarşısı alınmasa, daimi karlıq yaradar.

1 yaşında uşaq 0,5 qramlıq 6 ədəd aspirin qəbul edərsə, zəhərlənərək ölə bilər. Buna görə də bu dərmanı azyaşlıların gözündən uzaq saxlamaq məsləhətdir.

Tarix
2017.07.04 / 01:33
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla