Yuxarı

Diqqət: bu dondurmalarda xəstəlik tapıldı - Siyahı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Satışda olan bəzi dondurmaların tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə yaradan mikroorqanizmlər aşkar edilib.

İqtisadiyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirlik müxtəlif ticarət obyektlərində satışda olan dondurmalara baxış keçirib. Götürülən nümunələrin müayinəsindən sonra bəzi dondurmalarda bağırsaq çöpləri qrupundan olan bakteriyaların (koliformlar) miqdarının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu müəyyən edilib.

Bu dondurmalar aşağıdakılardır:

“Çudo” şokoladlı, AER plombir şokoladlı, AER plombir vanilli, “Yasif” plombir və “Melisa”, “Nostalji” plombir, “Briket-krem brule”, “Bakinskiy privet” plombir, "Meqapolis" şokoladlı plombir, "Cappuçino" qəhvəyi, "Matryoşka" plombir, "Selena" şokoladlı plombir, "Panda" südlü, "Meçta" şokoladlı plombir, "Arktika" şokoladlı plombir, "Tanqo" şokoladlı və "Tanqo" cemli, "Mono Quality" badamlı, "Bakı gecələri" plombir, "Armada", "Eskimo Yoloçka", "Yeni şəhər" plombir, "İçəri şəhər" qəhvəyi, "İçəri şəhər" qəhvəli, "Pristij" çiyələkli, "Pristij" qozlu, "Əsl" plombir, "Südlü" klassik və "A-klass".

Aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar həmin dondurmaların istehsal edildiyi AER Company Qrup MMC, Band Milk MMC, S.A.B.A. Şirkəti MMC, A.Y.S-60 MMC, habelə fərdi sahibkarlar Müzəffər Poladov və Səringül Yusubova dondurmaların istehsalının dayandırılması ilə bağlı xəbərdarlıq edilib və məhdudlaşdırıcı tədbirlər görülüb.

Tarix
2017.07.18 / 14:26
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla