Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Yanvar 2019


Tənqidimizin Arifi ağır vəziyyətdə

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Arif Əmrahoğlunun səhhəti təxminən on gündür ki, pisləşib. Hazırda Milli Onkologiya Mərkəzində müalicə olunur".

Bu sözləri Axar.az-a Yazıçılar Birliyinin katibi, ədəbiyyatşünas-tənqidçi Arif Əmrahoğlunun həyat yoldaşı onun səhhəti ilə bağlı danışarkən dedi. Onun sözlərinə görə, hazırda A.Əmrahoğlunun vəziyyəti nisbətən normaldır:

"Həkimlərin dediyinə görə, vəziyyəti getdikcə yaxşılaşır. Durumu stabildir, çox şükür. Hazırda sistem altındadır deyə, danışmaq imkanı yoxdur".

A.Əmrahoğlunun həyat yoldaşının sözlərinə görə, hələ ki, bir müddət müalicəsi davam edəcək:

"Mədəsində yaranmış problemlə bağlı müalicə alır. Müalicə Milli Onkologiya Mərkəzində aparılır. Tez-tez dostları, yoldaşları gəlir yanına. Ad çəkmək istəmirəm. Kimlərisə deyərəm, kimsə yadımdan çıxa bilər. Ancaq sağ olsunlar, bizi tək qoymurlar".

Xatırladaq ki, Arif Əmrahoğlu 1954-cü il oktyabrın 28-də Gürcüstanın Marneuli rayonunun Ağqula kəndində anadan olub. O, hazırda Azərbaycan Yazıçılar Birliyinin katibidir. Ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri namizədi olan tatnınmış ziyalı A.Əmrahoğlu Azərbaycan Universitetində və Bakı Dövlət Universitetində dərs deyir.

Allah şəfa versin!

Tarix
2014.06.12 / 15:09
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Burun damcılarının ölümcül təhlükəsi

“Nar”dan autizm sindromlu uşaqlara növbəti dəstək

Ölkədə yayılan xəstəlik: Onu məxmərəkdən necə ayıraq?

Mədə-bağırsaq xəstəliyini aradan qaldıran məlhəm

Səhiyyə Nazirliyi bu dərmanı geri çağırdı – Səbəb

Doğum evlərində yeni standartlar tətbiq ediləcək

Yeməkdən əvvəl 1 stəkan su içsəniz...

Çöpçü uşağın ölümünə səbəb ola bilər – Həkimlər

Qadın bezlərinin təhlükəli tərəfləri nələrdir?

Gürcüstandan xəstəlik gəldi: günah kimdədir? - Pediatr

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla