Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Yanvar 2019


Lənkəranın icra başçısı: “Ürəyimə stend qoydular”

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İndi səhhətim yaxşıdır, Allaha şükür, heç bir problem, narahatlıq yoxdur. Özümü çox yaxşı hiss edirəm. İyunun 12-də işə çıxmışam".

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov "Mediaforum"a bildirib ki, əvvəllər səhhətində heç bir problem olmasa da, qəfildən özünü pis hiss edib: "Hər zaman özümü sağlam və gümrah hiss etmişəm. Bir neçə gün əvvəl isə gecə saatlarında qəfildən özümü pis hiss etdim, sinəmdə göynəmə oldu. Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalına getdim, müayinədən keçdim. Məlum oldu ki, ürək damarlarının birində bir qədər sıxılma var. Əməliyyat olundum, ürəyimə stend qoydular. İndi vəziyyətim yaxşıdır".

İcra başçısı bildirib ki, həkimlər işlə bağlı heç bir məhdudiyyət qoymayıb: "Həkimlər dedilər ki, işini, fəaliyyətini əvvəlki kimi davam etdirə bilərsən. Artıq işə başlamışam və əvvəlki kimi işləyirəm".

Taleh Qaraşov 1959-cu ildə Kürdəmir rayonunda anadan olub. İxtisası inşaatçı-mühəndis və politoloqdur. 1996-2002-ci illərdə Kürdəmir, 2002-2006-cı illərdə Cəlilabad, 2006-2011-ci illərdə Neftçala, 2011-2012-ci illərdə Astara rayonlarının icra başçısı işləyib. 2012-ci ilin aprel ayından Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır.

Xatırladaq ki, iyunun 5-də Taleh Qaraşovun səhhətində narahatlıq yarandığı barədə Axar.az olaraq məlumat vermişdik.

Tarix
2014.06.12 / 15:49
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycanlı həkim "cavanlıq içkisi" hazırladı - Resept

Nazirlik çağırış etdi: Təxribata uymayın…

Nazir tapşırıq verdi, xəstəxanalar hazır vəziyyətə gətirildi

Bu məhsulların ölkəyə idxalı qadağan edildi – Xəstəlik

Xərçəngin 7 düşməni - Hər mətbəxdə var

Ermənistanda daha bir nəfər “donuz qripi”ndən öldü

Nə üçün suyu təkrar qaynatmaq olmaz?

Dəhşətli xəstəliyin müalicəsi tapıldı - Yeni vaksin

Siqareti tərgidəndə nə baş verir?

Qəbizliyə xalq təbabəti ilə son qoyun

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla