Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


Tibb aləti pasientin daxilində necə unudulur? – Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cərrahiyyə əməliyyatları sonrası pasientin qarın boşluğunda, əməliyyat aparılan orqanında alət qalması faktı tez-tez baş verir. Belə xəstələr adətən əməliyyatlardan sonra şiddətli ağrı, narahatlıq keçirirlər. Bu da onların yenidən həkimə getməsinə səbəb olur ki, elə dəhşət də bundan sonra yaşanır. Məlum olur ki, əməliyyatdan sonra cərrahın istifadə etdiyi alətlərdən hər hansısa xəstənin daxilində qalıb.

Maraqlıdır ki, tibbin bu qədər irəlilədiyi bir zamanda belə faktlar tez-tez baş verir. Bu necə olur? Əməliyyat zamanı həkim aləti necə xəstənin daxilində unudur? Bu hallarda məsuliyyəti kim daşıyır?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, bu məsələlərdə insanların təəssüratları olduqca yanlışdır. Əməliyyatdan sonra pasientin daxilində həkimin istifadə etdiyin hər hansısa alətin qalmasının həkimin reputasiyasına təsir etdiyini bildirən professor deyir ki, burada məsuliyyət tibb bacısınındır:

“Qarında tamponun, hansısa alətin qalmasının məsuliyyəti operator-tibb bacısının üzərinə düşür. Çünki məhz operator-tibb bacısı əməliyyatda istifadə ediləcək alətləri, tamponları sayaraq həkimə verir. Xırda tamponlar isə həkimə alətin üzərində fiksasiya olunmuş şəkildə verilir. Əməliyyatı edən cərrac yox, tibb bacısı burada diqqətli olmalıdır. Çünki alətləri cərrahın əlinə o verir və o da geri götürür.

Məsələn, həkim alətdə sıxılmış tamponu götürüb qarın boşluğunu təmizləyirsə və tibb bacısına geri verərkən alətin üzərində həmin tampon olmursa, tibb bacısı buna diqqət etməlidir. Həkimdən həmin tamponu tələb etməlidir. Çünki həkimin yanında dayanmış tibb bacısının funksiyası budur”.

A.Qeybulla bildirib ki, bütün əməliyyatlarda alətlər sayılıb əməliyyat masasına qoyulmalı, daha sonra sayılaraq oradan götürülməlidir:

“Həmçinin də tamponlar sayılaraq qoyulmalıdır. Əməliyyat bitəndən sonra da istifadə edilən və istifadə edilməyən tamponların sayı hesablanır. Tamponların cəmi əməliyyatdan öncəki qədər olmalıdır.

Bəzən olur ki, qarın boşluğuna qoyulan tamponlar unudulur. Qarın boşluğunda tamponun unudulma riski çoxdur. Bəzən tampon yumurlanaraq qarın boşluğunda qalır və görünməz olur. Cərrah əməliyyat zamanı bunu hiss etməyə bilər. Ancaq tibb bacısı tamponun geri verilmədiyini görəndə tələb etməlidir. Bütün dünyada bu prosesə nəzarət üçün məhz bu qayda tətbiq edilib”.

A.Qeybulla bildirib ki, cüt orqanların əməliyyatı zamanı da səhvən sağlam olan tayın kəsilməsində tibb bacıları məsuliyyət daşıyır:

“Əməliyyat olunacaq şəxsin cüt orqanlarından hər hansısa əməliyyat olunacaqsa, o, işarələnir. Xüsusi məhlul sürtülür ona. Həmçinin əməliyyat masası, əməliyyat hansı tərəfdə aparılacaqsa, işıq ona uyğunlaşdırılır. Cərrah əməliyyata hazır şəkildə gəlir. Tibb bacıları cərrah gəlməzdən öncə pasienti əməliyyata hazırlayırlar. Həkim isə gəlib əməliyyatı həyata keçirir. Yəni tibb bacıları əməliyyat olunacaq hissəni tam hazır edir ki, əməliyyat başlasın. Bu səbəbdən belə məqamlarda məsuliyyəti operativ-tibb bacıları daşıyır”.

Tarix
2017.11.02 / 08:20
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Yemək yeyərkən bunları etməyin!

“Dodaq qənimi” olan klinika rəhbəri meydan oxudu - Video

Pambıq sahəsində zəhərlənmə: 141 nəfər... – Nazirlik

İstidə ürəyi qorumaq üçün 7 ən yaxşı məhsul

Azərbaycanla sərhəddə dəhşətli virus: 3 nəfər öldü

Ürəyi istinin təsirindən qoruyan faydalı içki

Yəhudi alimlərdən şok: Sağlam qida yoxdur – Səbəb

Azərbaycanda şok müalicə: xəstəni ayağından asıb… - Video

Uşaqlarda bu xəstəlik qorxudan yaranır

İnfarkt keçirən insanlara kömək edəcək - Yeni qurğu

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla