Yuxarı

Uşaqlara diş fırçalamağı necə sevdirək? - Mütəxəssis

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi vacib olan vərdişlər var ki, uşaqları bunu etməyə öyrəşdirmək zaman alır. Diş fırçalamaq da bu vərdişlərdəndir. Uşaqların ağız boşluğunun və dişlərinin sağlamlığı üçün vacib olan bu təmizlik növünü onlara öyrətməyin müxtəlif yolları var.

Axar.az xəbər verir ki, mütəxəssislər bu işdə valideynlərin də iştirak etməsinin, yəni onların uşaqla birgə diş fırçalamasının azyaşlıların xoşlarına gəldiyini bildirirlər. Çünki onlar üçün valideynlərinin davranışı çox əhəmiyyətlidir.

Uşaqlara sevdiyi rənglərdə bir neçə fırça alın. Fırçaları dəyişdirərək istifadə etdikdə, bunu bir oyun olaraq qəbul edəcək və əhəmiyyətli olan şəxsi gigiyena qaydasını əylənərək yerinə yetirəcəklər.

Əvvəlcə uşağın dişlərini özünün fırçalamasına icazə verin, sonra isə nümunələrlə siz göstərin. Ondan oyuncaqların da dişlərini fırçalamasını istəyin. Bu halda dişləri fırçalamağın hər kəs üçün vacib olduğunu öyrənəcək.

Şokalad və digər şəkərli qidaları yedikdən sonra güzgüdə dişlərindəki yediklərinin qalıqlarını göstərin. Dişlərini fırçaladıqdan sonra da bunu təkrar edin. Dişlərinin təmiz olduğunu görmək onu bu işin əhəmiyyətli olduğuna inandıracaq.

Övladınız dişlərini fırçaladıqdan sonra onu mümkün qədər təqdir edin və mükafatlandırın. Bu onu daha da həvəsləndirəcək.

Tarix
2017.11.21 / 01:45
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla