Yuxarı

Hamiləlikdə bu xəstəliyə tutulmaq qorxuludur - Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamiləliyin son aylarında qrip virusuna tutulmaq vaxtından əvvəl doğuşa səbəb ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında ginekoloq Ruziyə Hüseynova deyib. O, hamiləlik zamanı təhlükəli olan xəstəliklərin yarada biləcəyi fəsadlardan danışıb:

“Hamilə qadınlarda ən çox rast gəlinən infeksion xəstəliklərdən biri qripdir. Doğuşa yaxın qrip olan hamilə qadınlarda doğuş zamanı ağırlaşmalar baş verə bilir. Uşaqsalma da ağrılı tutmalar zamanı doğuş qüvvələrinin zəifləməsi səbəbindən baş verir. Həmçinin hamilə qadınlarda rast gəlinən digər xəstəliklərdən biri də vərəm xəstəliyidir. Hamiləlik ağciyər vərəminin gedişini ağırlaşdırır və onun aktiv formasına keçməsinə səbəb olur. Bu zaman ağciyərlərdə xəstəliyin digər formaları meydana gəlir. Vərəm xəstəliyi intoksikasiyaya, oksigen çatmazlığına səbəb olur ki, bu da hamiləliyin gedişini ağırlaşdırır və uşaqsalmaya səbəb olur. Amma müalicə edilərək vərəmin dölə təsirinin qarşısını almaq mümkündür.

Ginekoloq onu da qeyd edib ki, hamiləlikdə malyariya və toksiplazmoz da uşaqsalma və ya vaxtından əvvəl doğuma səbəb olur:

“Malyariya xəstəlik dölün hərəkətinin pisləşməsinə səbəb olur. Bəzən bətndaxili dölün malyariyaya yoluxması baş verir. Xəstə heyvanlardan və xəstə quşlardan keçən toksiplazmoz xəstəliyini törədən mikrob isə insan orqanizminə qida vasitəsi ilə, ağızın selikli qişasından keçir”.

Tarix
2018.01.13 / 01:21
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla