Yuxarı

Əhali pulsuz tibbi müayinələrdən keçiriləcək - Nazirlik

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əhali pulsuz tibbi müayinələrdən keçiriləcək - Nazirlik

Azərbaycan əhalisi tibbi müayinələrdən keçiriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, səhiyyə nazirinin müavini Nigar Əliyeva bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Prezidentin tapşırığını rəhbər tutaraq fevralın 12-dən mayın 12-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi təşkil ediləcək. Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürmək tapşırılıb.

Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Respublika əhəmiyyətli tibb müəssisələrinin rəhbərlərinə mütəxəssislərdən ibarət qrupların müntəzəm olaraq regionlara ezam olunması tapşırılıb.

Tarix
2018.02.02 / 11:18
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

Van Yi Azərbaycana gəlir

Laos prezidenti Azərbaycana gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla